Xəbər lenti

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rusiyalı həmkarı ilə telefonla danışıb.
 
Ovqat.com Kremlə istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Ermənistan sərhədində son vaxtlar baş verən gərginliyi müzakirə ediblər.
 
Telefon danışığı Türkiyənin təşəbbüsü ilə baş tutub. "Ermənistan-Azərbaycan sərhədində gərginlik kontekstində Qafqaz regionundakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Vladimir Putin gərginliyi artıracaq hər hansı bir hərəkətdən çəkinmənin vacibliyini qeyd edib. Hər iki tərəf münaqişənin sülh və danışıqlar yolu ilə həllində maraqlı olduqlarını bildiriblər. Regionda vəziyyətin sabitləşməsi istiqamətində səylər göstərməyə hazır olduqları ifadə edən liderlər Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğun beynəlxalq hüquq prinsipləri əsasında siyasi-diplomatik həllinin alternativi olmadığını vurğulayıblar”,- Kremlin məlumatında belə deyilir.
 


Ana səhifəyə qayıt        Baxış: 4 462          Tarix: 27-07-2020, 23:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma