Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Ermənistanın müdafiə naziri David Tonoyan Dağlıq Qarabağa səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin "Ermənistan Silahlı Qüvvələri hələ ki gec deyil, ərazilərimizi tərk etməlidir" sözünü şərh edib.
Ovqat.com xəbər verir ki, Tonoyan idrak qabiliyyətinin “hələ ki, gec” olmayan məfhumu anlayacaq qədər inkişaf etmədiyini boynuna alaraq deyib:
"Qonşu ölkənin Ali Baş Komandanı “hələ ki, gec deyil” ifadəsini işlədib və erməni silahlı qüvvələrinin onun göstərdiyi vaxtadək əraziləri tərk etməli olduğunu söyləyib. Ümumiyyətlə, “hələ ki, gec deyil” sözünün izaha ehtiyacı var – bu, hansı vaxtdır? Analitik imkanlarımız "hələ ki, gec deyil" ifadəsindəki müddətini dərk etmir. Bizim üçün bu cür bəyanatlar anlaşılmazdır. Axı nə deməkdir – “hələ gec deyil?"”
Tonoyan vurğulayıb ki, Ermənistanın Baş naziri və “Artsax prezidenti” bu cür ifadələrdən istifadə etmir, həmişə sülhsevər bəyanatlar verir, danışıqlar prosesinin davam etdirilməsinin zəruriliyindən danışır.
Görünür, Tonoyana zaman anlayışını başa salmaq zəhməti Azərbaycan Silahlı Qüvvələrinin çiyinlərinə düşəcək.
Qəzəllərimizdən birində dediyimiz kimi:
Yıxılıb şil-küt olar, kim “uçaraq” göylə gedər.
Çünki adət belədir; hayla gələn küylə gedər.
Oxusan Müshəfi, çıxmazsa donuzlar darıdan
Ələ al nar çubuğun, onları qov, küylə, gedər.
Nə gərək arifə söz, bircə işarət də yetər,
Kim ki söz anlamaz, əlbəttə ki, süngüylə gedər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar