Xəbər lenti

 
Ötən gün Belarus Prezidenti Aleksandr Lukaşenkonun Minskdəki iqamətgahına onminlərlə etirazçının qatıldığı yürüş keçirilib.
 
Ovqat.com-un rus mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılar “Səni unutmayacağıq, bağışlamayacağıq!”, "Çıx get" şüarı ilə meydana axışıblar. Ən diqqəti cəlb edən şüar isə “Saşa, Belarusu neçəyə satırsan?” olub. 
 
İştirakçıların sayı barədə müxtəlif versiyalar irəli sürülsə də, orta qənaət 100 min civarıdır.

İqamətgaha gedən yolda güc strukturlarının əməkdaşlar tərəfindən “ətdən çəpər”lə qorunmaya alınıb. Etirazçıların internetlə bağlı əlaqələrinin kəsildiyi, aksiya iştirakçılarına güc tətbiq edildiyi xəbər verilir.
 

 
Xatırladaq ki, avqustun 9-dan Belarusda keçirilən prezident seçkisinin nəticələrinə görə, Lukaşenko 80% “səs toplayıb”. Seçkinin saxtalaşdırılmasına etiraz edən dinc sakinlər hüquq-mühafizə orqanları və güc strukturları tərəfindən zorakılığa məruz qalsa da, onların sırası nəinki seyrəkləşməyib, əksinə daha da sıxlaşıb.
 
Etirazçılar Lukaşenkonu saxtakarlıqda ittiham edir və təkrar seçkilərin keçirilməsini istəyirlər. Lukaşenko isə bunu xarici qüvvələrin qızışdırması hesab edir və ölkəni heç kimə "vermək" niyyətində olmadığını bildirib.
 
Novaya qazeta” dünənki aksiya barədə yazır:
 
-Etirazların 29-cu günündə seçkilərin ədalətli keçirilməsinin tərəfdarları Minsk, Grodno, Brest, Qomel, Bobruisk, Vitebsk, Mogilev, Soligorsk və Molodeçno şəhərlərində küçələrə çıxıblar;
 


- Paytaxtdakı “Birlik Marşı" nümayişində təxminən 100 min etirazçı toplanıb;
 
- Güc qurumları səhərdən etibarən Minsk mərkəzinə texnika gətiriblər, günün ortalarında şəhərdə mobil internet kəsilib;
 
- Prezident sarayının yaxınlığında nümayişçilərə qarşı Minskdə gözyaşardıcı qaz tətbiq edilib. Bu, vətəndaşlar tərəfindən tanınmamış Prezident Lukaşenkonun ünvanına təhqiramiz şüarlar səsləndirdikdən sonra baş verib. Grodnoda da etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunması barədə məlumatlar var;
 
- Mülki geyimli və dəyənəkli muzdlular ("tituşki") “Pobediteley" prospektini aksiyaçılardan təmizlədikdən sonra, Minskin Nemiga səmtində “əməliyyat”a başlayıblar, bir neçə nəfər döyülüb və bir kafenin pəncərəsi qırılıb. Jurnalistlər hücumçulardan birini tanıyıblar: bu paytaxt GUBOPiK-in (Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi) başçısı Polkovnik Nikolay Karpenkov imiş. Daxili İşlər Nazirliyi bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.
 

 
-Belarus DİN-nin məlumatına görə, ölkə üzrə "yüzlərlə insan" saxlanılıb. Rəsmilər bazar ertəsi günü məlumatları dəqiqləşdirməyi vəd ediblər. “Vesna” hüquq müdafiə mərkəzi Minskdə etiraz aksiyalarında saxlanılanlardan 194 nəfərinin adını dəqiqləşdirib;
 
- Çexiya XİN bəyan edib ki, Aİ-nin Lukaşenko və tərəfdarlarına qarşı sanksiyalarının sentyabrın 21-dən gec olmayaraq qüvvəyə minəcəyini bəyan edib. Nazirlikdən bildiriblər ki, 20 nəfərdən ibarət sanksiya siyahısı genişləndirilə bilər, çünki polis və ordu tərəfindən zorakılıq dayanmaq bilmir.
 


Ana səhifəyə qayıt        Baxış: 3 393          Tarix: 7-09-2020, 08:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma