Xəbər lenti
19-10-2020, 21:15
19-10-2020, 11:34
18-10-2020, 11:09

 
 
Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla Xarici İşlər Nazirliyinin yeni kollegiya heyəti müəyyənləşib.
 
Ovqat.com-un məlumatına görə, Xarici İşlər naziri Ceyhun Bayramovun başçılıq edəcəyi Kollegiyaya nazirin müavinləri, «ADA» Universitetinin rektoru, XİN-in Naxçıvan MR-dəki nümayəndəsi təyin olunub.

 
 
Qeyd edək ki, Baş nazirin bu gün imzaladığı 345 saylı Qərar əslində Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarının yeni tərkibdə redaksiyası idi. Başqa sözlə desək, Əli Əsədov 16 il əvvəl Elmar Məmmədyarov yeni nazir təyin olunanda formalaşdırılan kollegiya heyətinə əl gəzdirib. Əl gəzdirmə nədən ibarət olub? Zənnimizcə, bu sualın ən doğru cavab tapmaq üçün NK-nin 122 saylı Qərarına nəzər salmaq kifayətdir.
 
122 saylı Qərara görə, XİN-in kollegiya heyəti bunlar idi:


 
Əzimov Araz Böyükağa oğlu — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Hüseynov Nadir Sabir oğlu — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Xələfov Xələf Alı oğlu — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Məmmədquliyev Mahmud Əhməd oğlu — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Paşayev Hafiz Mir-Cəlal oğlu — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, «ADA» Universitetinin rektoru
Həsənov Ramiz Ayvaz oğlu — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sarıcalinskaya Elmira Yaqub qızı — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kadrlar və ixtisasartırma idarəsinin rəisi
Hüseynov Hüseyn İsmayıl oğlu — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hüquqi təminat idarəsinin rəisi
Ələkbərli Vüsal Ziyad oğlu — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi.


 
Siyahıda da göründüyü kimi, 2004-cü ildə formalaşdırılan kollegiya üzvlərinin sayı 9 nəfər idi. Onlardan 5-i nazir müavini, 1-i ADA rektoru, digəri isə XİN-in Naxçıvan nümayəndəsi idi. Bu hesabla, XİN-in Kollegiya heyətində ən azı 3 nəfər ixtisara düşəcək Bunlardan 2-si idarə rəisləri, biri isə bir müddət əvvəl işdən uzaqlaşdırılan Hüseynov Nadir Sabir oğludur. Hansı ki, adı korrupsiya qalmaqalında hallanmış və buna görə işdən uzaqlaşdırıldığı bildirilirdi.
 


Kollegiyadan uzaqlaşdırılan digər idarə rəisi Elmira Sarıcalinskaya isə ötən öz işini itirməli olmuşdu. İddialara görə, Sarıcalinskaya da adı  korrupsiya qalmaqallarında adı ən çox hallandırılan diplomat kimi ün qazanmışdı. Bildirildiyinə görə, xanım diplomat 90-cı illərdən, Həsən Həsənovun Azərbaycanın xarici işlər olduğu vaxtdan bu vəzifəni tuturdu. Üst-üstə üç naziri-Həsən Həsənov, Tofiq Zülfüqarov və Vilayət Quliyevi «yola salmış» Elmira Sarıcalinskayanın XİN-də işə qəbulun, vəzifə təyinatlarının əsas təşkilatçılarından və icraçılarından biri kimi tanınırdı. Elmira xanım işdən uzaqlaşdırıldığı ərəfədə media qurumları onun barəsində yazırdı: «Hakimiyyətdə yüksək vəzifə tutan şəxslərlə qohumluq əlaqələri uzun müddət XİN-də rüşvət, qiymətli hədiyyələr və digər təminatlar müqabilində işə götürmə, vəzifələrə irəli çəkmə və yerdəyişmə kimi qanunsuz əməlləri cəzasız törətməsinə imkan verib. 79 yaşlı Sarıcalinskayanın həyat yoldaşı Tofiq Sarıcalinski baş nazirin köməkçisi vəzfəsindədir. Qudası Oqtay Şahbazov isə president administrasiyası işlər idarəsinin müdiridir. Onun oğlu, yəni Sarıcalinskayanın kürəkəni Pərviz Şahbazov əvvəllər Azərbaycanın Almaniyadakı səfiri olub. Hazırda isə Azərbaycanın energetika naziri vəzifəsini daşıyır. Digər kürəkəni Fərid Abdinbəyov bu yaxınlara qədər Azərbaycanın Rumıniyadakı səfiri idi». 
 
İddialara görə, Kollegiyada yer alan bəzi nazir müavinlərinin də işdən uzaqlaşdırılması gözlənilir. Belə güman olunur ki, Baş nazir məhz bu səbəbdən onların adını açıq şəkildə yazmayıb. Eynilə XİN-in Naxçıvan nümayəndəsini də eyni tale gözləyə bilər. 
 


Ana səhifəyə qayıt        Baxış: 3 124          Tarix: 21-09-2020, 23:39      


Paylaş: