Xəbər lenti
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
"Kremlin heç nə etmək niyyətində deyil. O, əslində bizi darda buraxdı"
Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook sosial şəbəkəsindəki səhifəsində yazır: "İndi Ermənistan Respublikası hökumətinin qərarı ilə hərbi vəziyyət və ümumi səfərbərlik elan edilir. Qərar dərc edildiyi andan qüvvəyə minəcək. Qoşunlara təhkim edilmiş şəxsi heyətləri ərazi hərbi komissarlıqlara gəlməyə çağırıram. Vətən naminə, qələbə naminə!»
Ovqat.com xəbər verir ki, bu erməni müəllif Qrastya Qalustyanın hər cümləsindən imdad qoxusu gələn “Yenidən müharibə evimizə gəldi: Rusiya bizə xəyanət etdi” sərlövhəli yazısı bu cümlələrlə başlayır.
Rusiyaya bel bağlayıb qonşularına şıllaq atan məkrli erməni təfəkkürünü daha dərindən anlamaq üçün məqalənin davamını da olduğu kimi dərc edirik:
“Bu sözlər doğrudur, lakin çox gecikib. Sentyabrın 27-də, saat 07:15 radələrində Azərbaycan Silahlı Qüvvələri artilleriya vasitələri və zərbəçi pilotsuz uçan aparatlarından istifadə edərək, “Artsax”la (mötərizə Ovqat.com-a aiddir) Azərbaycanın təmas xəttinin bütün perimetri boyunca hücuma keçməsi heç də gözlənilməz deyildi. Buna baxmayaraq, hakimiyyət düşmənin bu gizli zərbəsini yatıra bildi.
Bütün istiqamətlər üzrə yatdı. Əliyev bir neçə gündür ki, bütün tribunalardan qışqırır, o cümlədən BMT tribunasından qışqırırdı ki, müharibə qaçılmazdır və bütün günahı Ermənistanın üzərinə qoymağa çalışırdı. Paşinyan o qədər ürkək cavab verdi ki, heç kim onun mənasına qulaq belə asmadı. İndi isə bir sıra KİV-in məlumatına görə, itkilər də baş verib. Ərazi və insan. Düşmən bir sıra kəndlərin ələ keçirilməsini sevinclə bəyan edir, biz sə artıq qəhrəmanlarımızın həlak olduğunu təsdiq etmişik.
"Deyə bilərəm ki, əməliyyat uğurla keçir. Prezident Administrasiyasına və Müdafiə Nazirliyinə vətəndaşlara məlumat vermək tapşırılıb. Deyə bilərəm ki, uğurlu əməliyyat nəticəsində düşmən Silahlı Qüvvələrinə böyük zərbələr dəyibdir. Əks-hücum nəticəsində işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilmişdir. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm",-İlham Əliyev belə deyib.
Yəni o, təxribatın davam edəcəyini gizlətmir. Bakı ekspertləri artıq Stepanakert və Şuşaya zərbələrdən danışırlar, bütün qoşun növlərinin istifadə olunacağını proqnozlaşdırırlar. Bizim qəhrəman döyüşçülərimiz son qüvvələri ilə döyüşürlər. Amma məsələ burasındadır ki, qüvvələr nisbəti bərabər deyildi. Ölkə rəhbərliyinin müdrikliyi də məhz dünya birliyini Azərbaycan tərəfindən hərbi təxribata yol verilməməsinə inandırmaqdan ibarət idi.
Paşinyan təkcə “Artsax”ın deyil, həm də Ermənistanın təhlükəsizliyini qarantiyaya ala bilmədi və təhlükə altına qoydu. İki ildən artıqdır ki, on il ərzində heç vaxt qapımızı döyməyən dərd indi astanamıza dirənib. Bununla belə, biz əsas strateji müttəfiqimiz, Putin Rusiyasını lazımi istiqamətdə görmədik. Bakı və Ankara isə müttəfiqlik ruhuna fərqli münasibət göstərirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Əliyevə telefonla zəng edib ki, Türkiyə indiyə qədər olduğu kimi, yenə də Azərbaycanın yanındadır.Bazar günü Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefon danışığı aparıb: "Türkiyə qardaş Azərbaycanın ərazi bütövlüyünün təmin olunması səylərini sonadək dəstəkləməyə hazırdır”,-Hulusi Akar həmkarına belə deyib.
Bəs Putinin Armen Sarkisyana zəngi haradadır, yaxud Mişustinin Paşinyana zəngu? Şoygunun Tonoyana zəngi haradadır? Nə üçün ümumiyyətlə, Rusiya Federasiyasına işgüzar səfərə getmiş müdafiə nazirimiz Ermənistana qayıtmamış Bolqarıstanın paytaxtı Sofiyaya üz tutub?! Bu, xəyanətə yol verən addımlardırmı?! Bu nə oyundur və kimə xidmət edir?! Çox böyük şübhələr var ki, biz növbəti Türkiyə-Rusiya sövdələşməsinin qurbanı olmuşuq.
Bu, bizə xəyanət deməkdir. Putin Rusiyası Ermənistanın düşmənidir, ikiqat təhlükəlidir ona görə ki, özünü bizim müttəfiqimiz adlandırır. Bizə dost kimi fərqli Rusiya lazımdır. Onun başında xalqımızın və dövlətimizin əsl dostları olmalıdır. Belələri az deyildir. Məsələn, gözəl iqtisadçı Mixail Delyagin. O, artıq Rusiyanın öz nəzarətinə götürməli olduğunu göstərib.
"Azərbaycan ərazisindən Rusiyaya keçməyən bütün neft və qazötürücülər bərpa imkanı olmadan məhv edilməlidi; Azərbaycanın və Azərbaycan vətəndaşlarının Rusiya ərazisindəki kommersiya təşkilatlarının bütün aktivləri dondurulmalıdır; Azərbaycan rəhbərliyi təcavüzün dayandırılması və qoşunların 24 saat ilkin mövqelərə geri çəkilməməsi halında onların müsadirəsi barədə xəbərdarlıq edilməlidir; Azərbaycan 48 saat ərzində təcavüzə son qoymasa və qoşunlarını daimi dislokasiya yerinə qaytarmayacağı təqdirdə Türkiyəyə də aktivlərinin eyni şəkildə dondurulması barədə xəbərdarlıq edilməlidir; Türkiyə bir sıra məhsulların idxalının dayandırılması və ölkənin rusiyalı turistlər üçün bağlanması haqda məlumatlandırılmalıdır; Rusiyanın Türkiyədə "Akkuyu" AES-in tikilməsinə dair öhdəliklərinin hamısı (Ərdoğana 23 milyard dollar axmaq hədiyyə).: Rusiya pul üçün bu AES-i tikir, Türkiyə isə nə vaxtsa onları tariflərdən geri qaytarmağa çalışacaq) Türkiyənin düşmən siyasəti ilə əlaqədar birdəfəlik ləğv olunmalıdır; Azərbaycan rəhbərliyinə məlumat verilməlidir ki, təcavüzə son qoyulmayacağı və qoşunların ilkin mövqelərə geri çəkilmədiyi halda, Azərbaycan 24 saat ərzində uçuşa qapalı zona elan ediləcək və onun ərazisi üzərində Rusiya ərazisi istisna olmaqla, istənilən uçuş aparatı məhv ediləcək; Rusiya Azərbaycana və Türkiyəyə qarşı qəti tədbirlər görülməsi və sanksiyalar tətbiq edilməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılmasını tələb etməlidir ki, bu hücum da təcavüzkar sayılsın", - deyə o yazıb.
Amma Kreml heç nə etmək niyyətində deyil. O, əslində bizi darda buraxdı. Ancaq bu xəyanətkar hərəkatdan narazılığını bildirərkən onu da etiraf etmək lazımdır ki, bu indiki hakimiyyət Ermənistan-Rusiya münasibətlərinin soyutması üçün əlindən gələni etmişdir. O isə düşmənin növbəti böyük təxribatına ümumən hazır olmadığını göstərdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar