Xəbər lenti

 
 
Məlum olduğu kimi, bu sabah saat 6-00-da Ermənistan ordusu bütün cəbhə boyu genişmiqyaslı təxribatlara başlamış və Azərbaycan Silahlı Qüvvələri buna cavab vermişdir. 
 
Ovqat.com xəbər verir ki, Ermənistandan verilən məlumatlara görə, Azərbaycan ordusu Dağlıq Qarabağ istiqamətində əks hücuma keçib.
 
Ordumuzun əks-hücumlar erməni rəsmilərini ciddi şəkildə xoflandırıb. Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində paylaşdığı status da bunu təsdiqləyir.
 
"Hörmətli Ermənistan qürurlu vətəndaşları, “Artsax”ın və diasporun qürurlu vətəndaşları. Rəqib “Artsax” istiqamətində hücuma başladı. Müdafiə ordusu hücumlara uğurla qarşı çıxır. İnformasiya lazım olduqda təqdim olunacaq. Mən yalnız rəsmi mənbələrə etibar etməyə çağırıram", - deyə Paşinyan yazıb.
 
Rusiya mediasının Ermənistana rəsmilərinə istinadən yaydığı məlumata görə, Azərbaycan ordusu Xandkəndində yerləşən erməni hərbi birləşmələrini raket “yağmur”una tutub.


Ana səhifəyə qayıt        Baxış: 3 286          Tarix: 27-09-2020, 09:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma