Xəbər lenti

 
“Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə öhdəlikləri kimi yalnız Ermənistanın müdafiə edə bilər, bu öhdəliklər isə Dağlıq Qarabağa şamil edilmir”.
 
Ovqat.com xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
 
Peskov TASS əməkdaşının “Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasına hərbçilər göndərə bilərmi” suala cavab verərək, bu cür qərarların yalnız KTMT çərçivəsində "öhdəliklərə istinadən alına biləcəyini" vurğulayıb. 
 
 
"Təhlükəsizliyin təmin edilməsi baxımından öhdəliklərimiz budur: əgər KTMT - yə üzv olan ölkə hansısa təcavüzə, xaricdən hücuma məruz qalırsa, bu halda müqavilənin iştirakçısı olan ölkələrin belə bir dövlətin müdafiəsinə qalxmaq öhdəliyi var",-deyə Kreml nümayəndəsi qeyd edib:
 
"Bu halda isə söhbət Ermənistandan gedir, Rusiya prezidenti Vladimir Putin bu iki məsələni aydın şəkildə izah edib və fərqləndirib, KTMT üzrə öhdəliklər Qarabağa şamil edilmir". 
 
Onun sözlərinə görə, Ermənistan ərazisində hansısa hərbi əməliyyatların aparıldığı barədə məlumat təsdiqlənmir.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 232          Tarix: 7-10-2020, 14:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma