Xəbər lenti

 
Bütün diqqətlər Xarici İşlər nazirlərinin Moskva görüşünə dikilərkən, önəmli açıqlama Türkiyə Milli Müdafiə naziri Hulusi Akardan gəldi.
 
Ovqat.com xəbər verir ki, Hulusi Akar bu gün jurnalistlərə verdiyi açıqlamada Azərbaycanın atəşkəsə getməyəcəyini vurğulayaraq deyib:
 
"Azərbaycanlı qardaşlarımızın işğal sona çatana qədər, terrorçular, muzdlular oradan çıxarılana qədər dayanmasını gözləməyin”.
 
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dünən Azərbaycan və Ermənistan tərəfini meyitləri toplamaq üçün atəşi dayandırmağa çağırmış və ölkələrin Xarici İşlər nazirlərini bu gün danışıqlar üçün Moskvaya çağırmışdı. Hər iki ölkənin Xarici İşlər naziri bu çağırışa müsbət cavab verərək Moskvaya yollanmışdı. Ermənistan XİN danışıqlarda atəşkəsin müzakirə olunacağını bildirərək erməni əhalisinə təskinlik belə vermişdi.


 
Müzakirələrin sürdüyü sırada Türkiyə Milli Müdafiə nazirinin bu açıqlamanı verməsi atəşkəsə ümid bağlayanların arzularını puç etdi.
 
Maraqlıdır ki, Putinin bu çağırışı bəzi rusiyalı ekspertlər tərəfindən Moskvanın “Qafqaza mən nəzarət edirəm” mesajı kimi qiymətləndirilmişdi. Akarın bu çıxışı rus analitiklərinin bu fikrinə də verilmiş ən gözəl cavabdır.
 


Ana səhifəyə qayıt        Baxış: 3 725          Tarix: 9-10-2020, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma