Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Amerikalı konqresmen Qreys Napolitan Konqresin Nümayəndələr Palatasının spikerinə Dağlıq Qarabağın müstəqilliyinin tanınması haqqında qətnamə göndərib.
Ovqat.com-un məlumatına görə, bunu konqresmenin özü Tvitter hesabına paylaşıb.
"İrəli gedən cığır-azadlıq yoludur. Ona görə də bu gün mən ABŞ-ı rəsmən “Arsax Respublikası”nın müstəqilliyini tanımağa çağırıram", - deyə konqresmen öz tvitterində yazıb.
Qeyd edək ki, bu cür fərdi təşəbbüslər gözlənilməz deyil. Azərbaycan ordusu cəbhədə zəfər qazandıqca İrəvan öz məğlubiyyətinin əvəzini diplomatik sahədə kompensasiya etməyə çalışır. Təsadüfi deyil ki, müharibə başlayandan indiyədək Ermənistan Baş nazirinin döymədiyi qapı, zəng etmədiyi ölkə başçısı qalmayıb. ABŞ-dakı erməni lobbisi də boş dayanmayıb. Lobbinin təşkil etdiyi çoxsaylı mitinqlərdə Vaşinqtonun bu müharibəni dayandırması və Dağlıq Qarabağı tanıması tələb olunur.
Bununla belə, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və ABŞ-dakı daha ciddi təsir gücünə malik olan digər lobbilər rəsmi Bakının haqq işini dəstəkləyirlər. Amma ölkəmizin müvafiq dairələri buna çox arxayın olmamalı və apardığımız mübarizənin əsl mahiyyətini dünya dövlətlərinə çatdırmaq sahəsində fəaliyyətlərini gücləndirməlidirlər.
Unudulmamalıdır ki, döyüş təkcə səngərlərdə getmir, diplomatik cəbhə əsgərlərimizin canı, qanı bahasına əldə etdiyimiz uğurları öz alın təriylə möhkəmləndirməlidir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar