Xəbər lenti

 
Rusiya ABŞ Prezidenti seçkilərinin gedişinə müdaxilə edə bilər. 
 
Ovqat.com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Con Retkliff bildirib.
 
 
Onun sözlərinə görə, Amerika kəşfiyyatına məlum olub ki, Rusiya və İran bir-birindən ayrı olaraq ABŞ-da seçicilərin qeydə alınması barədə müəyyən məlumat toplayıblar. Tehran bundan artıq çaşqınlıq yaratmaq, xaos yaratmaq və Amerika demokratiyasına inamını pozmaq üçün istifadə edib.
 
"Bu, çıxılmaz vəziyyətdə qalan rəqiblərin çarəsiz cəhdidir",-Ratkliff hesab edir.
 
O qeyd edib ki, hələ Moskva aldığı məlumatlardan istifadə etməyib. Milli kəşfiyyat rəhbəri Rusiya və İranı demokratiyanın düşməni adlandırıb və ABŞ hökumətinin gələcəkdə baş verə biləcək hərəkətlərə hazır olduğunu bildirib.
 
ABŞ "Rus hakerlərinin" Fransa seçkilərinə müdaxilədə ittiham edib.
 
Onun sözlərinə görə, Birləşmiş Ştatların seçki sistemi sabitdir, seçicilərin səsləri qorunur, vəziyyət nəzarət altındadır və ABŞ-ın daxili işlərinə müdaxilə etməyə çalışan istənilən şəxs buna cavab verəcək.
 
"Biz sizi bu cür cəhdlərə qarşı ən güclü silahlarla təmin edirik — etibarlı məlumat", — Ratkliff əlavə edib.
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 724          Tarix: 22-10-2020, 11:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma