“Vikiliks” internet portalının banisi Culian Assanj 2016-cı ildə Rusiyanın Ukraynaya müdaxiləsi haqqında məxfi informasiya və sənədləri dərc etməkdən imtina edib.
Publika.az xəbər verir ki, bu haqda “Foreign Policy” nəşri yazıb.
Qeyd edilir ki, Assanj Rusiya hökuməti ilə bağlı məlumatların böyük həcmini dərc etməkdən imtina edib. Rusiya Daxili İşlər Nazirliyindəki mənbədən daxil olan məlumatların ümumi həcmi ən azı 68 qiqabayt təşkil edir.
Bir neçə gün əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayka Pompeo “Vikiliks”in Rusiya kimi düşmən dövlətlərin tez-tez istifadə etdiyi kəşfiyyat strukturu olduğunu bildirib. MKİ direktoru “Vikiliks”i ABŞ-a düşmən ölkələrin yararlandığı qeyri-hökumət kəşfiyyat xidməti adlandırıb.
O, ABŞ kəşfiyyatının yanvar hesabatına əsaslanaraq qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi “Vikiliks”dən hakerlərin oğurladığı sənədlərin və ABŞ Demokratlar Partiyasının məktublarının yayılması və bununla seçkilərin gedişinə respublikaçı namizəd Donald Trampın xeyrinə təsir etmək məqsədilə istifadə edib.
Paylaş: