Xəbər lenti

ABŞ-ın maliyyə sanksiyaları öz təsirini beş il sonra itirə bilər.

Axar.az xəbər verir ki, bunu ABŞ Nüvə Təhlükəsizliyi Milli İdarəsi sədrinin müavininin köməkçisi Devid Hoqland deyib.

“Real risk var. Biz artan templə düşmənlərimizin və bəzən də dostlarımızın davranışına təsir etmək üçün istifadə etmişik. Bu alət beş və ya 20 il sonra elə də təsirli olmaya bilər”, – deyə o bildirib.

Onun sözlərinə görə, rəqiblərə tez-tez tətbiq edilən təzyiq alətinin təsirli olması ilk növbədə dünyadakı tranzaksiyaların 90%-dən çoxunun ABŞ maliyyə sistemiylə bağlılıyla əlaqədardır:

“Bu alətlər Amerika dollarlarının təsiri və gücü ilə sıx bağlıdır. Bu bağlılıq yaxın perspektivdə itməyəcək. Biz bundan hamını cəzalandırmaq üçün istifadə edirik. Bu, opponentlərimizin xoşuna gəlmir. Sanksiyalar altında olan ölkələr, o cümlədən Rusiya, Çin və Pakistan çalışır ki, dolları təsir sferasından çıxarsınlar. Rusiya SWIFT-i əvəz etməyə cəhd edib və burada uğursuzluğa düçar olub”.




Ana səhifəyə qayıt        Baxış: 615          Tarix: 14-02-2020, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma