Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli Bəyanatda bildirilir ki, sənəd 5 il müddətinə bağlanılıb. Tərəflərdən biri rus qoşunlarının bölgədən çıxmasını istəsə, zəhmət çəkib 4 il yarım gözləməli, missiya dövrünün tamamlanmasına 6 ay qalmış bu barədə mövqeyini Moskvaya çatdırmalıdır. Moskva da bu mesajı alan kimi dərhal şələ-şüləsini götürüb evə qayıtmaq yolunu tutacaq.
Nəzərə alsaq ki, Ermənistan işğalçı tərəfdir və Rusiyanın himayəsinə sığınıb, onun Moskvaya “get” deməsi mümkün görünmür. Deməli, razılaşmadakı həmin maddə Azərbaycan üçün nəzərdə tutulub. Bəs görəsən, Azərbaycan 4.5 ildən sonra Moskvaya “Get!” desə, Rusiya Dağlıq Qarabağdan çıxarmı?
Əvvəla mövcud hakimiyyətin Moskvaya “get” deyib-deməyəcəyini zaman göstərəcək. Bu haqda hər hansı mülahizə yürüdüb gələcək barədə kəhanətdə bulunmaq istəmirik. Amma məsələ burasındadır ki, Azərbaycanın zamanı gələndə “Get” deməsi də bir işə yaramaya bilər. Hər halda Moldovanın 28 illik siyasi təcrübəsi bunu göstərir.
Heç uzağa getməyək, Moldovanın yeni prezidenti Maya Sandu artıq neçənci dəfədir ki, rus hərbçilərinin Dnestryanı bölgədən çəkilməsinin zəruriliyi ilə bağlı açıqlamalar verir. Moskvanın bu açıqlamalara reaksiyası isə diplomatik ədəbsizliyi ilə seçilir.
Ovqat.com xəbər verir ki, Rusiya XİN Moldova prezidenti Maya Sandunun son açıqlamalarına təhdidvari üslubda cavab verib.
“Rusiya Qüvvələrinin Əməliyyat Qrupunun Dnestryanı ərazisindən çəkilməsinə çalışacağam – bu, Moldova Respublikasının dəyişməz rəsmi mövqeyidir və bunu təbliğ etməyə davam edəcəyəm. Burada yeni bir şey yoxdur, bütün hökumətlərimizin belə bir baxışı var idi - bu hərbi qüvvə geri çəkilməlidir”, - Maya Sandu son açıqlamasında belə deyib.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə Sandunun açıqlamalarının Dnestryanı bölgədə sülhyaratma səylərini poza biləcəyini söyləyib: “Bu bəyanat Dnestryanı problemin sülh yolu ilə həlli istiqamətində səyləri zəiflətmək məqsədi güdür”. Başqa sözlə desək, Zaxarova, Sanduya müharibə təhdidi ilə xox gəlib.
Xatırladaq ki, Moldova ərazisindəki (tanınmamış və Kişinyovun nəzarətindən kənar Dnestryanı bölgəsində) Rusiya hərbi mövcudluğu iki komponentdən ibarətdir: Rus qoşunlarının əməliyyat qrupu və sülhməramlı kontingent.
“Sülhməramlı”ların bölgəyə yerləşdirilməsi Rusiya və Moldovanın o zamankı rəhbərləri Boris Yeltsin və Mircea Snegur tərəfindən 21 iyul 1992-ci ildə imzalanan "Moldova Respublikasının Dnestryanı bölgəsindəki silahlı münaqişənin sülh yolu ilə həlli prinsiplərinə dair Saziş"ə əsaslanır. Bu sazişə görə, Dnestryanı bölgədə ruslarla yanaşı, Moldova, Dnestryanı bölgə, ATƏT, Ukrayna, həmçinin ABŞ və Avropa İttifaqından müşahidəçilər də sülməramlı mandata sahibdirlər. Dağlıq Qarabağda isə heç bu da yoxdur. Rusiya hətta Türkiyəni belə, rəsmi sənədlərdə bizim suverenliyimiz altında olan ərazilərə buraxmaq istəmir.
Dnestryanı bölgədə yerləşən təxminən 1000 əsgər və zabitdən ibarət Operativ Əməliyyat Qrupu isə Moldova hakimiyyəti tərəfindən sülh mandatlı qüvvə kimi qəbul edilmir və onun rəsmi statusu heç bir beynəlxalq qurumlar tərəfindən də tanınmır.
Beynəlxalq aləmin basqıları nəticəsində Rusiya hələ 1999-cu ildə ATƏT-in İstanbul sammitində Dnestryanı ərazisindən qoşunlarını və döyüş sursatlarını geri çəkmək barədə öhdəlik götürmüşdü, lakin bu öhdəliyi indiyədək yerinə yetirməyib.
2018-ci ilin iyun ayında BMT Baş Assambleyası da Rusiyanı Moldovadakı hərbi qüvvələrini geri çəkməyə çağıran qətnamə qəbul etdi. Moskva bu qətnaməni də "Dnestryanı bölgədəki problemin həlli üçün ATƏT-in himayəsində aparılan səylərə zidd olduğunu" vurğulayaraq, geri çevirdi.
Moldovanın demək olar ki, indiyə qədərki bütün prezidentləri birmənalı şəkildə Operativ Əməliyyat Qrupu hərbçilərinin Moldovadan çıxmağa və mühafizə etdikləri Kolbasna kəndindəki döyüş sursatlarını da özləriylə aparmağa səsləyib. Rusiya isə müxtəlif bəhanələrlə Dnestryanı bölgədən çıxmaq istəmir ki, istəmir.
Bəs bizim 4.5 ildən sonra dilə gətirəcəyimiz çağırışları Moskvanın dərhal yerinə yetirəcəyinin zəmanəti nədir?
Məsəli Rusiyadan uzaq, ataların bir sözü var: “Quran oxumaqla donuz darıdan çıxmaz”. Zamanı gələndə rus “sülhməramlı”larının ölkəmizdən çıxarılmasının ən etibarlı zəmanəti Türkiyə ordusu ola bilər. Mehmetçiyin gəlişi isə hələ də yubanır. Niyə? Orasını düşünməyi siz oxucuların və möhtərəm dövlət yetkililərinin öhdəsinə buraxırıq.
Heydər Oğuz
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar