Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Jalə Mütəllimova
Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün Azərbaycanın apardığı 44 günlük vətən savaşında son dərəcə maraqlı proses müşahidə olunurdu. İrəvan erməniləri ilə, Dağlıq Qarabağda yaşayan ermənilər arasında ciddi mübahisə duyulurdu.
İndi bu mübahisələr artıq yerliçilik problemi səviyyəsinə yüksəlib və hətta idarəolumaz mübahisələrə, əlbəyaxa davalara yol açır. İrəvan erməniləri DQ-dan köç edənləri satqınlıqda, müharibədən qaçmaqda günahlandırır. Həmçinin övladları itkin olanlar “bizim balalarımız yoxdur, siz niyə varsınız?” , - deyə etirazlar səsləndirir.
***
Çox tanış mənzərədir. Doxsanıncı illərdə, birinci Qarabağ savaşında Azərbaycanla bağlı eyni oyun qurulmuşdu. Bəlkə də indi İrəvanda baş verənlər, bir medalın ikinci üzüdür. “Oyunçular” eyni, işğal ərazisi eyni, işğala məruz qalan ölkə bəlli, ərazi bəlli, haqsızlığa uğrayan xalq bəlli, havadarlar belə bəlli və eyni. Amma indi Azərbaycanın siyasi dayanıqlığı fərqlidir. Bu da proseslərin böyük qismini tərsinə fırlada bilən vacib məsələdir. Baş verənlər sırasında bircə bəzi siyasi çevrələrin yeni imperiya arzusunun geridönüşü qeyri-mümkündü.
Azərbaycan zamanında Qarabağdan və İrəvandan, məcburi köçkün, qaçqınların gəlişində dalana dirənmiş durumda idi. O prosesin içində bir də yerliçilik oyunu qurulurdu, indi İrəvanda olduğu kimi. Bunu iqdisadi zəiflədilmiş, sosial problemləri çox, iç siyasətdə qeyri-stabilliyi olan, beynəlxalq əlaqələri zəifləmiş bir ölkədə, ozamankı Azərbaycanda vətəndaş qarşıdurması yaradıb əsaslı zərbə vurmaq üçün planlamışdı yaxın-uzaq qonşular. Bizi onda da Dağlıq Qarabağ xilas etdi. Bütün problemlərə rəğmən Azərbaycan insanları hamılıqla eyni yerdən “yaralı” idi - Dağlıq Qarabağdan, ərazi bütövlyndən. Bu doxsanlarda Azərbaycanı vətəndaş qarşıdurmasından ciddi şəkildə çəkindirdi, qorudu, xilas elədi. Nəticə ondan ibarət oldu ki, hər kəs bir-birini qəbul etdi, əlində olanı bölüşdü, birgəyaşayışa vərdiş etdi və otuz il kürək-kürəyə, hamılıqla dayanıb bugünkü qələbələri gözlədi.
İndi Ermənistanda eyni senarini görmək çox maraqlı və qəribə tarixi təkrarlanmadır. Bu prosses həm də Ermənistanda vətəndaş cəmiyyətinin dayanıqlı olub-olmaması bəlli edəcək. Eyni zamanda siyasi hakimiyyətin aqibətini aqibətini bəlli edəcək.
Sorosun mənəvi oğlu, Ermənistanın baş naziri, Nikol Paşinyanın indiki durumda sərfəli olub olmadığı müəyyənləşəcək.
Diqqət edək, Soros üçün də Paşinyan onun keçmiş sovet ölkələrinə dair siyasətini Ermənistanda iflasa uğradan kadr kimi artıq gərəkli deyil.
Rusiya Paşinyana Sorosun kadrı olmasını, üstəlik Ermənistanda siyasi postları sorosçulara həvalə etməsini bağışlamır. Hətta Dağlıq Qarabağın taleyinin siyasi həllində bu məqam da Azərbaycanın xeyrinə işlədi.
Ermənistan və Paşinyan Türkiyə üçün saxta soyqırım ittihamından, Azərbaycana münasibətindən, habelə Fransa ilə əlaqələrindən dolayı, heç zaman və heç bir formada müttəfiq deyil.
Cənub qonşumuz İran üçün də Paşinyan hökuməti açıq və güvənilir müttəfiq sayılmaz. Çünki erməni elə bir xislətə sahib ki, müttəfiq dediyini də özünə lazım olduğu məqamda soyuqqanlılıqla fəda edər. Məsələn, bir neçə gün öncə iran saytları yazır ki… ifadəsi ilə başlanan xəbərlər tirajlandı Azərbaycan əleyhinə bəlii oldu ki, sayt erməninin, idarə olunan yeri İrəvan, sahibi erməni, sadəcə yazıları farsca yazırlar. Yəni erməni arzusunu farsca ifadə edirlər.
Avropa və Qərb üçün, ermənilər Cənubi Qafqazda öz məqsədlərini həyata keçirmək məqsədilə birdönəmlik təsir vasitəsi ola bilərdi ki, o da ABŞ-da seçkilər, Azərbaycanla ortaq layihələr üzündən indilik mümkün deyil. Yəni erməni işğalı reallaşdırsın deyə, Azərbaycandan vaz keçməyi düşünməz Avropa. Avropa olsa-olsa xırda bələdiyyələrin və ya Fransa Senatının səviyyəsində Azərbaycana təsir edən təəssüratını yarada bilər ermənilərdə. O da bir dönəm üçün.
İndiki situasiyada Paşinyan siyasi rəhbər kimi bir məsələdə lazımlı simadır - Dağlıq Qarabağın tamamilə azad edilməsi işində. Baxmayaraq onunla bağlı siyasi kartlar artıq açıqdır və ortadadır, hələlik bir müddət hakimiyyətinin uzanmasında fayda var. Niyə? - deyə soran olsa, çox sadə cavab var: Paşinyandan əl çəkənlər bölgədən və məqsədlərindən əl çəkməyiblər. Odur ki, gələn, Azərbaycana “atəş açan” hər kəs ola bilər. “Atan lap kazaklar” da ola bilər…
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar