Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Jalə Mütəllimova
“Dağlıq Qarabağdakı əhəmiyyətli əraziləri ələ keçirməyi bacaran Azərbaycan hakimiyyətinin zəfərli hesabatlarına baxmayaraq, Azərbaycan bu müharibədə Ermənistan qədər itirdi”.
Amerikan Müəssisələr İnstitutunun tədqiqatçısı Michael Rubin 30 noyabrda, “The National Interest”dəki yazısında belə qeyd edib.
Rubin, daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin mərhum atası, sabiq Azərbaycan Prezidentinin məzarını Şuşa şəhərinin işğaldan azad edilməsi günü ziyarətinə toxunur. Daha dəqiqi, siyasi və ritorik replika edir. Narahatlıq təbili çalaraq qeyd edilir ki, bu hadisələr İlham Əliyevin dövlət rəhbəri kimi də əlini gücləndirdi. “İ.Əliyev özünü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin əvəzedilməz müttəfiqi edə bildi”.
Yazıda diqqət çəkən məqamlardan biri “Ermənistan müharibədə məğlub oldu, Əliyev qalib gəldi. Ancaq Azərbaycan da müharibədə məğlub oldu ” fikri və onun əsaslandırılması üçün yazılanlardır.
Azərbaycanın uduzmasına səbəb, guya Rusiya sülhməramlılarının əraziyə gəlişi imiş.
İki tərs reaksiya var buracan olan fikirlərdə. Birinci bu ki, Azərbaycan özünü Rusiyanın əvəzsiz müttəfiqi edə bildi. Digəri, Azərbaycan məğlubdur, çünki Rusiya sülhməramlılarını gətirdi.
Səni bilmirəm, əziz oxucu, bu fikirləridən macara dolu Amerikanın “qoxusu gəlir”.
Təbii ki, əvəzedilməz müttəfiqi hamı qorumağa çalışacaq. Doxsanlardakı kimi hücumları, təşkil etməyəcəkdi. Rusiya məhz bunu edir, Azərbaycanın maraqların uyğun və müttəfiq kimi davranır. Özü də Azərbaycana sərfəli qaydalar ilə.
Niyə?
Dövlət başçısı Laçının işğaldan azad olunması günü etdiyi çıxışda buna çox aydın cavab verdi: “Ermənistan adlı dövlət yoxa bərabərdir. Ermənistan artıq dalandır. Ona görə məsləhətləşmələri Rusiya ilə aparırıq”.
Bu fikirlərdə həm diplomatiya, həm ittiham, həm də real vəziyyətin çox aydın və sadə izahı var.
Rubinin fikirlərində hətta ABŞ adından inciklik ifadə edilir: “ABŞ-ı aldatdılar”.
*
Yazının geniş versiyasını təqdim edib, sizlərdən zaman almaqdansa mahiyyəti təqdim etdik. İndi gələk ona ki, başı seçkiyə qarışmış ABŞ-ın adından təlaş yaşayan cənab Rubinin yazısında nə yox idi. Özünü yetərincə ədalətli və obyektiv analitik kimi təqdim edən amerikalı bir dəfə də olsun bu məqamlara toxunulmayıb:
-Azərbaycanın işğal altında olan əraziləri;
-Azərbaycan ərazisində ermənilərin başlatdığı hərbi əməliyyatlar;
-Qazılan nəhəng qorxunc istehkamlar;
-Otuzillik atəşkəsdə şəhid edilən minlərlə hərbçi və mülki Azərbaycan vətəndaşları;
-Azərbaycanın sülhə çağıran bəyanatları.
Yenə niyə?
Amerika, Soros prosesdən kənarda qaldı. İndi necəsə oyuna girmək istəyir ki, bu hələlik alınmır. Çünki tərəflər çox dəqiq müəyyən edilib. Və masadakı çevrədə Qərbin adı kimi, yeri də görünmür.
Buna həm də o səbəb oldu ki, yeni ABŞ prezidentinin, türk və müsəlman sevgisi yoxdur. O bunu gizlətmir, ermənilərdən yana olduğunu çıxışlarında dəfələrlə etiraf edir. Həm seçkidən öncə, həm də sonrakı çıxışlarında.
Bundan başqa mister Co, Rusiyanı rəsmən düşmən elan etməkdən də çəkinmir. Eyni zamanda qeyd edir ki, Rusiyasız dünya idarəçiliyi mümkün deyil. Biz Rusiya ilə dost olmasaq da, əməkdaşlığa məcburuq.
Bu situasiyada, yəni ABŞ kimi supergücün belə bir etirafı qarşılığında Rubinin Azərbaycana hər hansı iradı çox gülünc görünür, desək, yəqin ki, yanılmarıq.
Ayrıca yazıda Rusiyanın SSRİ xülyası məsələsinə toxunulur. Bu, iki dəfə Rusiyadan qoparaq müstəqilliyini elan etməyi bacaran bir dövlətin - Azərbaycanın ictimai rəyi üçün təbii ki, haqlı qıcıq yaradan mövzudur.
Xatırlayaq, SSRİ kimlərlə güclü idi? Ukrayna, Belarus, Azərbaycan və təbii ki, Rusiya ilə.
Belarus, indiki halında, Qərblə, Rusiyanın ortaq ölkəsidir.
Qırğızıstan, tamamən Rusiya nəzarətində deyil.
Ermənilər qərbin, daha dəqiqi Soros kadrlarının nəzarətindədir.
Gürçüstan və Pribaltika Avropanın.
İndi sual olunur: söhbət hansı SSRI-dən gedir?
Sadəcə ABŞ, sözçülərinin, analitiklərinin dili, qələmi ilə ona işarə edə bilərdi ki, Türkiyənin supergüc, Azərbaycanın regional güc olmasından, Rusiyanın bu iki müsəlman-türk dövləti ilə əsas müttəfiqliyi bacarmasından narahatdır. Çünki cənab Rubinin yazdıqları diqqət etdikdə ancaq bu məntiqə gətirir. İndi qalır o ki, tərəflər oyundankənar ABŞ-ı prosesə buraxacaq, yoxsa elə olduğu yerdə, müşahidəçi masasında saxlayacaq?..
04.12.2020.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar