Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kristofer Robinson nəyin bahasına olursa-olsun Rusiyanın Avropaya qaz nəqlini nəzərdə tutan “Şimal axını-2” layihəsinin dayandırılacağını vurğulayıb.
Ovqat.com-un məlumatına görə, K.Robinson Atlantik Şurasının virtual konfransında çıxışı zamanı bunu bildirib.
O, iddia edib ki, Vaşinqtonun “Şimal axını-2” layihəsini qaralaması heç də Rusiyaya qarşı kin-küdurətdən irəli gəlmir. Əksinə, “Vaşinqton Moskva ilə münasibətləri daha sabit hala gətirmək” üçün “Şimal Axını-2” qaz kəmərinə sanksiya tətbiq etməyə çalışır.
O, çıxışında qəti şəkildə bildirib ki, "Biz bu boru kəmərini dayandıracağıq”.
Dövlət Departamentinin yetkilisinin fikrincə, Rusiya qaz kəmərinin köməyi ilə Avropada "geosiyasi maraqlarını təlqin etmək" istəyir. Rusiyanın bu düşmənçilik siyasətinin dayandırılmasının və qarşısının alınmasının Amerika-Rusiya münasibətləri üçün "açar rolunu” oynayacağını vurulayan Robinson bu vədində belə şərtli danışıb: “Əlbəttə, ABŞ Rusiya ilə daha sabit münasibətlər qurmaq istəyəcəyi təqdirdə"...
ABŞ senatoru Ted Kruz da Rusiyaya qarşı sanksiyaların ikinci dalğasına start verməyin tərəfdarıdır. Senator da əvvəl-axır ABŞ-ın buna nail olacağına inanır: “Qaz heç vaxt Şimal axını-2 layihəsilə Avropaya çatdırılmayacaq”.
Xatırladaq ki, ABŞ-ın sanksiya təhdidlərinə baxmayaraq, "Şimal axını-2" nin inşası yenidən başladı. ABŞ Senatı isə buna cavab olaraq ötən cümə günü ABŞ-ın 2021 maliyyə ili üçün hərbi büdcə layihəsini təsdiqlədi. Layihədə “Şimal axını-2” ve “Türk axını” qaz boru kəmərlərinə qarşı yeni sanksiyalar da nəzərdə tutur.
Bildirildiyinə görə, “Şimal axını-2” layihəsinin inşasının 95%-i həyata keçirilib. ABŞ isə Avropanı rus təsirindən xilas etmək üçün bu layihəni dayandırmaq niyyətindədir. ABŞ yetkililərinin son çıxışları da Rusiyaya “boş yerə əlavə xərc çəkmə” mesajına bənzəyir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar