Xəbər lenti
Bu gün, 13:48
Bu gün, 10:59
Dünən, 22:23
Dünən, 19:43
Dünən, 15:27
Dünən, 15:00
Dünən, 12:26
Dünən, 11:44
Dünən, 10:55
10-02-2025, 23:34
10-02-2025, 23:00
10-02-2025, 21:52
ABŞ Prezidenti Donald Trampın sosial media hesabları müvəqqəti bağlanıb.
Ovqat.com-un məlumatına görə, Facebook və İnstagram şəbəkələri Donald Trampın səhifələrini 24 saatlığına bağlayıb.
Facebook bu qərarını Trampın şəbəkə qaydalarını 2 dəfə pozması ilə izah edib:
"Prezident Trampın səhifəsində iki qayda pozuntusu aşkar etdik. Bu səbəbdən paylaşımlarına 24 saat müddətində qadağan qoyuldu".
Facebook-un digər paylaşma saytı İnstagram da eyni səbəbdən 24 saat Trampın səhifəsinə girişi yasaqladı.
ABŞ prezidentinin ən çox sevdiyi Twitter isə ona daha teloranslı davranıb. Giriş yasağı 12 saat həddində tutulub.
Trampa ən ağır zərbə isə Ağ evdən gəlib. Məlumata görə, Trampın administrasiyasının 3 önəmli ismi istefa ərizəsi yazıb: Ağ Evin sözçüsünün müavini Sarah Matthews, Ağ Evin Sosial Məsələlər üzrə meneceri Rickie Niceta və Birinci xanım Melania Trampın Xüsusi Protokolunun müdiri Stephanie Grisham.
ABŞ-ın Vitse-prezidenti Mayk Pens də hələ ki istefa verməsə belə, Donald Trampın seçiciləri üsyana çağıran bəyanlarını tənqid etmişdi.
Seçki saxtakarlığı ilə razılaşmayacağı çağırışlarından sonra vəziyyətin nəzarətdən çıxdığını görən Donald Tramp tərəfdarlarını sakitliyə çağırsa da, narazı insanların Konqresi basması nəticəsində polislərlə çıxan qarşıdurma ölənlərin sayının 4-ə yüksəldiyi xəbər verilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər