Xəbər lenti

 "The Independent" nəşri ABŞ presidenti Donald Trampın qəribə vərdişlərindən yazıb. 

APA-nın verdiyi xəbərə görə,  daxili qeyri-rəsmi qaydalara əsasən, Ağ Evdəki televizor pultlarına yalnız D.Tramp və texniki dəstək əməkdaşları toxuna bilər. Bundan başqa, Trampın şəxsi gigiyena məsələlərinə ciddi diqqət yetirdiyi qeyd olunur. Onun yoluxucu xəstəliklərədn çox qorxduğu və bu səbəbdən əllərini tez-tez yuduğu da bildirilir. 

Nəşrin məlumatına görə, Tramp fastfud təamlarına üstünlük verir və gün ərzində 12 bankayadək dietik kola içir. 

Daha bir qəribə vərdiş prezident iqamətgahı ilə bağlıdır. Məlumata görə, Tramp qonaqlarına Ağ Evin vanna otaqlarını nümayiş etdirməyi çox sevir. 



Read more: https://sputnik.az/world/20171218/413235675/trampin-qeribe-verdisleri.html




Ana səhifəyə qayıt        Baxış: 653          Tarix: 18-12-2017, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma