Xəbər lenti
Bu gün, 21:45
Bu gün, 21:00
Bu gün, 19:41
Bu gün, 18:46
Bu gün, 09:08
Dünən, 23:00
Dünən, 17:52
Dünən, 15:34
Dünən, 14:44
Dünən, 13:25
“Ümumiyyətlə, Zelenski barədə belə bir populyar fikir var: “O istəyir, amma edə bilmir”. Bu məntiqlə Ukrayna prezidentinin iqtidarsızlığını başqasının hərəmindəki xacəyə bənzətmək olar. Xacələr də istəyir, amma istədiklərini edə bilmirdilər”.
Ovqat.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski barədə bu ağır və təhqiramiz fikirləri ölkə parlamentinin 3 qat deputatı olmuş Yelena Bondarenko irəli sürüb.
2006-cı ildən 2014-cü ilə qədər Ukrayna Radasının deputatı olan Bondarenko dünən sosial şəbəkələrdə yaydığı paylaşımda bildirib ki, Zelenski əslində Ukraynanı keçmiş prezident “Poroşenkodan və onun mirası”ndan xilas etmək vədiylə hakimiyyətə gəlmişdi. Amma indiyədək bu vədinə əməl etməyib.
“Zelensky məhz ona görə seçildi ki, ölkəsini Poroşenkodan və“ mirasından ”azad edəcəyinə söz vermişdi. Amma nədənsə o zaman bu "mirasın" ona mane ola biləcəyini demişmədi. İndisə özünü Qərbin sevimli arvadı kimi aparır. Ölkənin sükanının kimin əlində olduğunu düşünə bilirsinimi?”,- Yelena Bondarenko belə yazıb.
Keçmiş deputatı qəzəbləndirən isə Zelenskinin dekabrın son günlərində “Focus” jurnalına verdiyi bir müsahibədə səsləndirdiyi fikirlər olub. Jurnalistin “Hər kəs Poroşenkonun həbsini gözləyir. Siz onun həbs olunmamasının səbəbini Baş Prokurordan soruşmusunuz” sualına Zelenskinin cavabı, belə görünür, bir çoxları kimi Bondarenkoda da xəyal qırıqlığı yaradıb.
“Ona bunu deməyə haqqım yoxdur. Özü də bilir ki, bütün bədxahları həbs etməlidir. Bu onun vəzifəsidir. Bununla birlikdə, bütün imkanların hələ bərqərar olmadığını da anlamaq lazımdır. Hər şey irəlidədir və hər şey bir gün mütləq baş verəcək", - Zelenski verdiyi müsahibədə belə deyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər