Xəbər lenti

 
ABŞ prezidenti Donald Tramp Twitter hesabının həmişəlik bloklanmasını təndiq edib.
 
Ovqat.com xəbər verir ki, ABŞ prezidentinin rəsmi səhifəsində paylaşılan məlumata görə, Tramp Twitter rəhbərliyinin çıxardığı bu qərarı özünün və on milyonlarla seçicisinin səsini boğmaq cəhdi kimi qiymətləndirib
 
Tramp Twitter hesabında da bu cür basqıların onu susdurmayacağını yazıb, ancaq sosial şəbəkə dərhal bu paylaşımı sildi.
 
"Twitter söz azadlığını qadağan etmək üçün getdikcə daha da irəliləyir və bu gün Twitter işçiləri demokratlar və radikal solçularla birləşərək hesabımı platformadan çıxardaraq məni mənə səs verən 75 milyon vətənpərvəri susdurdu" – ABŞ prezidentinin rəsmi səhifəsində bu bəyanat yayılıb.
 
Qeyd edək ki, “Twitter” Donald Trampa əvvəl 12 saatlığa tətbiq etdiyi qadağanı daha sonra həmişəlik müddətə çevirmişdi. 


Ana səhifəyə qayıt        Baxış: 4 450          Tarix: 9-01-2021, 09:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma