Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə 24 avqustda keçirilən prosesdə Ramin Hacılı məhkəməyə etiraz edib.
"Kifayət qədər faktlar var olduğundan məhkəməyə etiraz edim. İttiham aktı saxta sübutlarla hazırlanıb. Cinayət işi yenidən istintaqa qaytarılsın", - o qeyd edib.
Prokuror isə bildirib ki, məhkəməyə etiraza əsas yoxdur. Ona görə də etiraz əsassız hesab olunsun.
Müşavirədən sonra qərar elan olunub. Qərarda bildirilir ki, Ramin Hacılı əvvəlki proseslərdə də məhkəməyə etiraz edib. Etirazlarda əsas göstərilmədiyi üçün baxılmamış saxlanılıb.
Məsələ ilə əlaqədar Ovqat.com-un redaksiyasına məlumat verən mənbə bildirilir ki, məhkəmə prosesində bu cür narazılıqların yaranmasının əsas səbəbi əsl günahkarların kənarda qalmasıdır. İddiaya görə, saxta miqrantların xaricə göndərilməsinə rəhbərlik edənlər əslində dövlət strukturlarında oturmuş insanlardır. Onlar faktiki 5-ci kolonun Azərbaycanı Azərbaycansızlaşdırmaq siyasətini həyata keçirmək üçün müxalif cameədəki bəzi şəxsləri istismar edib, öz kirli niyyətlərini həyata keçiriblər. Amma nədənsə həmin məmurlar məhkəmə prosesindən ümumiyyətlə kənarda qalıblar. Bir çoxları hələ də mühüm vəzifələrdə fəaliyyət göstərirlər.
Mənbəmiz fikrini onunla əsaslandırıb ki, xaricə göndərilən mühacirlərin siyasi status alması üçün bəzi rəsmi sənədlər hazırlanmalıdır. Bu saxta sənədlər olmadan heç kim xaricə getməyə cəsarət edə bilməz. Rəsmi sənədlər isə yalnız rəsmi şəxslərin iştirakı ilə hazırlanır.
İddiaya görə, konkret olaraq bu işə "YES Traver " MMC-nin rəhbəri Sərxan Abdullayev adlı şəxsin rəhbərlik etdiyi artıq sübuta yetirilib. O isə hazırda azadlıqda gəzir. Bəs Sərxan Abdullayev bu gücünü hardan alır?
Mənbəmiz bu suala belə aydınlıq gətirir: “Sərxan Abdullayev polis mayoru Gündüz Abdullayev Mehdi oğlunun bacısı oğludur .
Gündüz Abdullayev Yasamal rayon polis idarəsinin 26 -cı polis bölməsində sahə inispektoru işləyir.
İşin maraqlı tərəfi də burda üzə cıxır. Mənbəmizin dediyinə görə, Sərxan Abullayev qeyri-qanuni xaricə göndərdiyi insanların guya siyasi fikirlərinə görə basqılara məruz qaldığı, polis tərəfindən təqib edildiyinə dair saxta sənədlərin hazırlaması üzrə əməlli-başlı ixtisaslaşıb. Ona görə də hətta 3 dəfə eyni ittihamla həbs olunub. Hər dəfəsində də çölə çıxmağı bacarıb və öz işini davam etdirib.
Bldirilir ki, bütün bunlar Sərxan Abdullayevin hansısa güclü əl tərəfindən qorunduğuna işarədir: “Amma onun konkret olaraq kim tərəfindən himayə olunduğu bilməyən mənbəmiz hüquq mühafizə orqanları üçün bunu müəyyənləşdirmək o qədər də çətin deyil.
Belə ki, bu cinayətin təşkilatçısı Sərxan Abullayev “insanları siyasi fikirlərinə görə polis tərəfindən təqib edilir” görüntüsü yaratmaq ücün doğma dayısı, Yasamal rayon polis idarəsinin 26 polis bölməsində sahə rəisi işləyən, polis mayoru Gündüz Abdullayevin imkanlarından istifadə edib. Sözsüz ki, adi bir polis mayoru bu qədər ağır cinayəti planlaşdırmaq, özünü və planlarını həyata keçirənləri cinayət məsuliyyətindən yayındıracaq qədər güclü fiqur ola bilməz. Odur ki, Azərbaycanı Azərbaycansızlaşdırmaq planının əsl müəllifini müəyyənləşdirmək üçün Gündüz Abdullayevin kimin himayəsində olduğunu aydınlaşdırmaq lazımdır. Bunu aydınlaşdırmaq isə hüquq mühafizə orqanları üçün su içmək kimi bir şeydir”.
Ümidvarıq ki, dövlətin müvafiq qurumları bu iddialara aydınlıq gətirər.
Paylaş: