Xəbər lenti


"Ermənistanın baş naziri Nikol Paşinyan Parisə səfəri və Fransa prezidenti Emanuel Makronla görüşündən sonra birgə mətbuat konfransında açıqlamalarından belə nəticəyə gəlirəm ki, Ermənistan hökumətinin Qarabag məsələsində ən çox güvəndiyi ölkə Fransadır.Həm də Paşinyan Qərbə deyir ki, Putin məni devirmək istəyir, buna imkan verməyin. Əslində, Nikol Paşinyanın BMT-dəki çıxışı ilə Yelisey sarayında Makronun yanında söylədikləri arasında fərq yoxdur. Onu da açıq deməliyəm ki, Azərbaycan ordusunun Zəngəzurda irəliləməsi nəticəsində Ermənistan yenə də adəti üzrə məzlum rolunu oynayır və özünü təmizə çıxarmaga çalışır. Nikol Paşinyan deyir ki, Azərbaycan və Ermənistan 1991-ci il 8 dekabr razılaşmasına görə, qarşılıqlı olaraq bir-birinin sərhədlərini tanımalıdırlar. Bu,məsələdə təbii ki, qeyri-adi heç nə yoxdur, ancaq əsas məsələ sərhədlərin demarkasiyası və delimitasiyasıdır. Eyni zamanda,Ermənistan Qazaxın 7 kəndi və Kərki kəndini də Azərbaycana geri qaytarmalıdır. Nə məsələdirsə, Paşinyan hər vəchlə bəzi məqamları gündəmə gətirmir".


Bu sözləri Ovqat.com-a politoloq Kamal Əliyev deyib.


Kamal Əliyevin fikrincə, Fransa hal-hazırda Ermənistanın mövqeyini ən çox müdafiə edən dövlətdir və Paşinyanla Makronun birgə keçirdikləri mətbuat konfransından da bunu açıq-aydın görmək olardı: "Məncə, rəsmi Parisin mövqeyində dəyişiklik yoxdur. Əgər belə olsaydı, Fransa artıq heç bir əhəmiyyəti qalmayan Minsk Qrupuna həmsədr təyin etməzdi.Hətta Paşinyan Makrona Minsk Qrupuna həmsədr təyin etdiyi üçün təşəkkür də edir. Digər tərəfdən, Paşinyan hara gedirsə deyir ki, Putin məni hakimiyyətdən devirmək istəyir,amanın bir günüdür, məni xilas edin. O, həm də Makronun yanında deyir ki, Ermənistan regiondakı kommunikasiya xəttlərinin açılmasında maraqlıdır. Əlbəttə,Ermənistan regional nəqliyyat şəbəkəsinin reallaşmasında maraqlıdır, ancaq tutaq ki, Zəngəzur məsələsində eksteritoriallıq statusuna əməl etmir və ən əsası prosesi uzadır. Ona görə də Paşinyan hər vəchlə 2020-ci il 10 noyabr üçtərəfli sazişdən irəli gələn 10 bəndlik sazişə əməl etmək istəmir. Bilirsiniz ki, üçtərəfli müqaviləyə görə, Zəngəzur koridorunun təhlükəsizliyinə Rusiya FSB-si cavabdehdir. Ermənistan hökuməti də Zəngəzur koridoru boyunca sərhəd və gömrük xidmətini yaratmaq istəyir, üstəlik, görünür dəhliz boyunca da rusların nəzarətinə qarşıdır.Dolayı yolla, Paşinyan imzasına əməl etmir və Makronu da buna inandırmaq istəyir", - deyə Kamal Əliyev fikirlərini yekunlaşdırdı.




Ana səhifəyə qayıt        Baxış: 5 239          Tarix: 27-09-2022, 09:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma