Azərbaycan Respublikası Ali Məhkəməsində Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.
Ovqat.com “Unikal”a istinadən xəbər verir ki, Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.
Ovqat.com-un məlumatına görə, Vəli Ələsgərovun mərkəzi hakimiyyətə bağlılığın qurbanı olduğu iddia edilir. Onun həbsdən azad edilməsi bu mənada Naxçıvanın «xan» rejiminin mərkəzi hakimiyyət tərəfindən çıxdaş edildiyinə də dəlalət edə bilər.
Bu barədə daha ətraflı yazacağıq.
Paylaş: