DTX əməkdaşları Naxçıvan Ədliyyə naziri Daşqın Rəhimovun karlı biznes sahələrindən biri kimi tanınan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində yoxlamalara başlayıb.
Ovqat.com-un əldə etdiyi məlumata görə, yoxlamaların məqsədi Daşqın Rəhimovun Penitensiar Xidmətə məxsus “əsirxana”larda əsl “kommunizm” qurması barədə iddiaları araşdırmaq olub.
Bildirilir ki, DTX-nın əlindəki məlumatlar öz təsdiqini tapıb. Sən demə, Naxçıvan əsirxanalarında saxlanılan dustaqlara aylıq ödənişlər natural qaydada verilirmiş. Daha doğrusu, onlar maaşlarının müqabilində bəzi zəruri malları Ədliyyə nazirinə məxsus mağazalardan ərzaq malları qisminə alırmışlar. Nəzərə alsaq ki, natural ödəniş şəkli yalnız ibtidai icma quruluşlarında, bir də Karl Marksın xəyalından keçirib görə bilmədiyi kommunizm quruluşunda keçərlidir, belə çıxır ki, Daşqın Rəhimov Leninin 70 ildə bacarmadığını bir neçə ildə həyata keçirə bilib. Özü də Naxçıvanın binəva əsirləri üzərində.
Paylaş: