Naxçıvanda aparılan əməliyyatların əsas səbəblərindən biri MR Ali Məclisinin sədri Vasif Talıbovun xarici qüvvələrlə qurduğu qaranlıq əlaqələrlə əsaslandıranlar da var. Sözsüz ki, rəsmi təsdiqini gözləyən bu iddiaların yayılması təsadüfi deyil. Naxçıvandakı milli qüvvələrin vurularaq sıradan çıxarılması, onların yerinə adı bir sıra anti-milli təşkilatlarda keçən şəxslərin gətirilməsi bu cür təsəvvürlərin yaranmasında önəmli mühüm rol oynayıb.
Ovqat.com-un təhlükəsizlik səbəbilə adını açılamadığı qaynağının bildirdiyin görə, belə adamlardan biri də Türkiyəli iş adamı Hasan Albayrakdır.
Albayrak rəsmi sənədlərdə Talıbovlara məxsus “Reges” MMC-in direktoru kimi görünsə də, onun əslində şirkətdə satınalma işlərinə baxdığı bildirilir. İddialara inansaq, adı FETÖ-yə üzvlükdə hallanan Hasan Albayrak 15 iyul 2016-cı il hadisələrindən sonra Naxçıvana qaçıb və orda məskunlaşıb.
Şirkətə məxsus “Reges Hotel” Türkiyənin İzmir vilayətinin Çeşmə şəhərində yerləşir. Hotelin inşaatını isə Cahan Holdingə məxsus bir tikinti şirkəti həyata keçirib. Xatırladaq ki, Cahan Holdinqin rəsmi prezidenti Vüqar Abbasov olsa da, onun real sahibi Rza Talıbovdur və bu yaxınlarda aparılan yoxlamalar nəticəsində vergi orqanlarından 100 milyonlarla manatlıq vergi borcunu gizlətdiyi məlum olmuşdu.
“Reges MMC İzmirdən başqa Bakıda da böyük tikinti layihələrinə imza atıb. Bakıdakı “Divan otel”, Ağ şəhərdə “Reges” yaşayış kompleksi daha nələr, nələr “Reges” MMC-yə məxsusdur”, - mənbəmiz vurğulayır.
Hasan Albayrakın Naxçıvanda özünü tam ağa kimi apardığını iddia edən həmsöhbətimizin fikrincə, o, yanında çalışanlara qarşı təhqiramiz davranır, qanunları saymır, “Talıbovlara, özəlliklə Rza Talıbova arxayınam, kimsə mənə heç bir şey edə bilməz” deyərək istədiyini edir: “Hətta borclu olduğu şəxslər, o cümlədən market sahibləri pullarını istədikdə onlara Talbovların adı ilə hədə-qorxu gəlir”.
Albayrakın “Reges” MMC-də işlədiyi qısa müddət ərzində özünə “Range Rover” markalı maşın aldığını bildirən həmsöhbətimiz, bu imkanlarına baxmayaraq, onun rəhbərlik etdiyi şirkətdə işçillərin maaşlarının aylarla verilmədiyi deyib və əlavə edib: “Ondan indiyədək qazandığı pulların mənbəyini sorusan isə yoxdur”.
15 iyul çevrilişi zamanı Türkiyədə “Taner” kod adı ilə fəaliyyət göstərən Albayrak məlum hadisədən sonra əmlaklarını başqa bir adamın adına geçirib və Naxçıvana qaçıb: “Maraqlıdır ki, 2020-ci ildə koronavirus pandemiyası yayıldığı bir zamanda sərhədlər qapalı olanda belə, dəfələrlə Gürcüstana girib-çıxa bilib və ordan son model “Range Rover” Naxçıvana gətirib. Soruşan yoxdur ki, adi bir adam hansı səlahiyyətlərlə butun bunları edə bilir?”, - deyə mənbəmiz bildirib.
Paylaş: