Xəbər lenti


Naxçıvandakı qaynaqlardan Ovqat.com-un əldə etdiyi məlumata görə, Əlahiddə Sərhəd Qoşunlarının komandanı general-leytenant Niyaməddin Məhərrəm oğlu Tağıyev dünən Bakıya çağırılıb. Onun yerinə Anar adlı bir polkovnik təyin olunub.

Təsəvvür edirsinizmi, Azərbaycan siyasi iradəsi general-leytenantın bacarmadığı bir işi polkovnikə tapşırıb. Bu əslində Niyaməddin Tağıyevə verilən qiymətdir.

Niyaməddin Tağıyevin bundan sonra DSX-də "papka"sından başqa heç yetkisi olmayan bir vəzifədə çalışacağı iddia olunur.

Qeyd edək ki, Niyaməddin Tağıyev el arasında "Putyovka Səttar" kimi tanınan, Azərbaycan Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyevin bacısı oğludur.



 Səttar Mehbalıyev isə Naxçıvandan seçilən deputat kimi Vasif Talıbovun Bakıdakı əsas sözçülərindən biri vəzifəsini icra edir. O, guya seçkilərdə 83.2 % səs toplayıb. Nəzərə alsaq ki, deputatların səs faizi əslində Vasif Talıbovun seçilmişlərə bəslədiyi münasibəti əks etdirir, Səttar Mehbaliyevin bu uğuru onun Naxçıvan dərəbəyliyindəki yerinin də göstəricisi sayıla bilər.

2020-ci ilin MM-ə seçkilərin nəticəsinə görə, Vasif Talıbov 94.6 % səslə dünyanın ən mümtaz şəxsiyyəti adını qazanıb.

Onu 86.3 % səslə hamımızın "Perevod" İsa kimi tanıdığımız İsa Həbibəyli təqib edir.

Vasif Talıbovdan sonra ikinci böyük şəxsiyyət mənim yarımkəndlim olan Eldar İbrahimovdur ki, o da "xan" həzrətlərinin etimad dağarçığını 84.9 % doldurub.

Üçüncü şəxsiyyət isə haqqında bəhs etdiyimiz Möhbalıyev Səttar Suliddin oğludur. O, 83.2 % səslə keyfiyyətli insan sıralamasında digər yarımkəndlim Siyavuş Novruzovu 2.1% qabaqlayır. Zira Siyavuş Dünyamalı oğlu Novruzov 81.1% səs toplaya bilib.

Məsələyə bu məlumatların işığında nəzər salanda görə bilərik ki, Vasif "xan"ın özündən sonra keyfiyyətli vətəndaş sıralamasında 3-cü yeri tutan "Putyovka" Səttarın da əsas adamı ondan ayrılıb. Bundan əvvəl isə birinci etibarlı muxtar şəxsiyyət "Perevod" İsanın oğlu cənab "xan"ı tərk etmək məcburiyyətində qalmışdı.





Ana səhifəyə qayıt        Baxış: 7 375          Tarix: 10-12-2022, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma