Naxçıvan “xanı”nın evinin polislər tərəfindən qorunmasına son qoyulub.
Ovqat.com-un məlumatına görə, “xan” evinin dövlət əhəmiyyətli obyekt kimi mühafizəsi dünəndən dayandırılıb.
Bildirilir ki, Vasif Talıbovun malikanəsi indiyədək 9 polis tərəfindən növbəli şəkildə mühafizə olunurdu. Hər 2 gündən bir 3 polis əməkdaşı növbə dəyişirdi. Lap Leninin meyiti Kremldəki mavzoleydə qorunan kimi.
Dünəndən isə xan evinin qarşısındakı polis postu ləğv olunub. Xan evinin qarovulçuları dünən Naxçıvan şəhər Polis İdarəsinin Post-Partul Xidmətinə çağırılıb və onlara artıq qanuni iş yerlərinə qayıtmaları barədə göstəriş verilib. Qarovulçu polislərini heyrətləndirən bu cəsarətli əmr Post-Patrul Xidmətinin komandiri Hümbət Allahverdiyev tərəfindən rəsmən elan olunub.
Paylaş: