Xəbər lenti

 

İsrailin Xarici İşlər naziri Eli Koen bu gün Türkiyəyə gələcək.

 

Ovqat.com-un məlumatına görə, israilli nazirin səfərinin məqsədi Kahramanmaraşda baş verən zəlzələlərdən sonra ölkəsinin Türkiyəyə həmrəyliyini nümayiş etdirməkdir.

 

Bildirilir ki, Koen bu gün Ankarada Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Onun zəlzələ bölgəsinə getməsi də planlaşdırılır.

 

Qeyd edək ki, bir neçə gün əvvəl “ciddi təhlükəsizlik” təhdidlərini əsas gətirən İsrail xilasediciləri Türkiyəni tərk etmişdilər. Bununla belə, İsrailin Xarici İşlər nazirinin zəlzələ bölgəsinə səfərə çıxmağı planlaşdırması Türkiyədə hələ də israilli xilasedicilərin qalmasına dəlalət edir. Bildirildiyinə görə, zəlzələ bölgəsində indiyədək israilli həkimlər fəaliyyət göstərir, onlar qurduqları səhra xəstəxanasında yaralıları müayinə və müalicə edirlər.

 

Koen zəlzələdən sonra verdiyi açıqlamasında demişd: “Bu çətin günlərdə Türkiyənin və türk xalqının yanındayıq. Dostlarımıza kömək etməyə borcluyuq”.




Ana səhifəyə qayıt        Baxış: 4 028          Tarix: 14-02-2023, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma