Xəbər lenti

  

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın Ermənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Kuin ilə görüşüb.

 

Ovqat.com-un Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Laçın dəhlizində keçirilən aksiyaların Qarabağda guya “humanitar böhrana yol açması” məsələsi müzakirə olunub.

 

Həmsöhbətlər regionda baş verən hadisələr, Ermənistan-Türkiyə prosesi və digər məsələlərə də toxunublar.

 

Baş nazir ümidvar olduğunu bildirib ki, səfirin fəaliyyəti dövründə Ermənistan-Amerika münasibətləri bundan sonra daha da inkişaf edəcək və genişlənəcək. Paşinyan ABŞ-ın Ermənistanda davam edən institusional islahatlara yardımının vacibliyini vurğulayıb və əlavə edib ki, demokratiyanın inkişafı və möhkəmləndirilməsi İrəvan hökuməti üçün strateji əhəmiyyət kəsb edir.

 

Xanım səfir söz verib ki, o, erməni-amerikan əməkdaşlığının gündəmini səmərəli şəkildə inkişaf etdirmək üçün hər cür səy göstərəcək. Bu kontekstdə səfir Ermənistan hökuməti ilə sıx əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 4 760          Tarix: 24-02-2023, 09:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma