Xəbər lenti

  

“Əl-Qaidə Suriya sərhəddindəki İdlibə yerləşdi və Türkiyə də bu vəziyyətə göz yumdu”.

Ovqat.com xəbər verir ki, Türkiyəni, faktiki, terrorizmi dəstəkləməkdə ittiham edən bu sözləri ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Mak Gurk deyib.

Vaşinqtonda bir konfransa qatılan Gurk, İŞİD-lə mübarizədən danışarkən, Türkiyənin də bostanına daş atmağı unutmayıb. “Amerikanın səsi”nin bildirdiyinə xəbərə görə, Yaxın Şərq İnstitutunun təşkil etdiyi "Tramp rəhbərliyinin terrorla mübarizə siyasətinin qiymətləndirilməsi" mövzulu konfransda qonaq qismində iştirak edən Mak Gurk sözügedən problemlə mübarizədə Türkiyənin də yaxın kömək göstərməsini lazım olduğunu vurğulayıb:

"İdlib 11 Sentyabr hücumlarından (2001-ci ildəki məşhur terror hadisəsi) bu yana Əl Qaidənin ən böyük sığınma sahəsi halına gəlib”.

Bunun çox ciddi problem olduğuna inanan ABŞ yetkilisinin fikrincə, İdilibə gedən əl-Qaidə liderləri çox zaman oradan çıxa bilmirlər: “Amma bu sualı soruşmamız lazımdır: Əl-Qaidə lideri Ayman əl Zevahirinin köməkçisi İdilibə nə üçün və necə gedə bilir? Paraşutçu deyillər ki, göydən düşsünlər. Bəzi ortaqlarımızın bölgəyə onminlərlə silah göndərməsi və xarici döyüşçülər bu bölgəyə girərkən üzlərini başqa tərəfə çevirməsindən əl-Qaidə çox faydalandı.

Tədbirdəki çıxışından sonra bir jurnalistin, "İdlibdəki əl-Qaidənin varlığından Türkiyənimi günahlandırırsınız" sualını cavablandıran Mak Gurk deyib:

 "Bu, Türkiyə üçün, Amerika üçün, hamımız üçün ortaq problemdir. Bu problemlə mübarizədə Türkiyə ilə birlikdə çalışmalıyıq”.

Suriyanın şimalında açıq şəkildə kürd dövləti qurmaq istəyən ABŞ sözçüsünün xüsusilə İdilibi gündəmə gətirməsi təsadüfi sayılmır. Əvvələ, İdilibdəki silahlı qüvvələr Hələb məğlubiyyətindən sonra bu şəhərə pənah gətiriblər. Ankaranın “mülayim müxalif” adlandırdığı bu qrupun İdilibə köçürülməsində Türkiyənin də ciddi rolu olub. Bunun başlıca səbəbi isə regionda formalaşdırılan “Kürdüstan” layihəsinin qarşısını almağa hesablanıb.

Qeyd edək ki, üzərində yeni dövlət qurmaq istənən kürd zolağı İraq sərhədlərindən başlayaraq Aralıq dənizinə qədər uzanır. İdilib də bu zolağın tərkibindədir. Türkiyə öz torpaq bütünlüyünü qarantiya altına almaq üçün həmin marşrutun keçdiyi nöqtələri öz əlinin altında tutmağa çalışır. Bu isə, təbii ki, kürdləri və Vaşinqtonu qıcıqlandırır və Ankara əngəlini aşmaq naminə onu bölgədən uzaqlaşdırmağa sövq edir. Mak Gurk da məhz bu səbəbdən İdilibdəki qüvvələrin Əl-Qaidəyə bağlığını bəhanə gətirərək, Türkiyəni, faktiki olaraq terrorizmi dəstədiyinə eyham vurur.




Ana səhifəyə qayıt        Baxış: 1 080          Tarix: 30-07-2017, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma