Rusiya özünün nüvə qabiliyyətinə malik hipersəsli “Avanqard” raketini Orenburq bölgəsindəki atış anbarına gətirib.
Ovqat.com-un məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi yazılı açıqlamasında bildirilir.
Açıqlamada Yasnenskiy raket meydançasında bu çalışmaların davam etdiyi və sözügedən addımın Rusiyanın strateji nüvə qüvvələrinin döyüş qabiliyyətini artıracağı vurğuanır.
Qeyd edək ki, nüvə hücum qabiliyyətinə malik olan “Avanqard” qitələrarası raketdir və onun düşmən ölkə müdafiə sistemləri tərəfindən aşkarlana bilinməyəcəyi və hava hücumundan müdafiə sistemlərini asanlıqla aşacağı bildirilir.
2018-ci ildə Putin tərəfindən dünyaya tanıdılan “Avanqard” raketi orbitindən kənarda səs sürətindən 27 dəfə (saatda 34 000 kilometr) çox olan hipersəs sürətində kəskin manevr edə bilir.
Paylaş: