“Arkoz” şirkəti “Emin Uçar VasifTalıbovun "əsrarəngiz planı"nı necə "pozdu"? - Duz zavodundan sonra gil zavodu da açılacaqmış - III Yazı" sərlövhəli yazımıza təkzib məktubu göndərib.
Qeyd edək ki, şirkət bizə məktublarını şəkil formasında göndərir, biz də onlardan birini yenidən yazıya köçürüb, digərini isə göndərildiyi şəkildə yayımlamışdıq. Baxmayaraq ki, hər iki təkzib məktubunu dərc etməmişdən qabaq onlara yazılarını Word formatında göndərmələrini rica etmişdik. Şirkət isə görünür, bizi özünün katibəsi zənn edərək, istəyimizə məhəl qoymamış, biz də katibə olmadığımızı onların diqqətinə çatdırmaq üçün məktublarından birini olduğu kimi, yəni şəkil formasında yayımlamağa üstünlük vermişdik. Maraqlıdır ki, bu belə, şirkəti qane etməmiş və bizi “öz merkantil maraqları”mızı yürütməkdə və kimlərinsə “merkantil maraqlarının ruporuna” çevrilməkdə günahlandırmışdır.
Barəmizdə nə düşündüklərini öz vicdanlarına buraxıb “Arkoz” şirkətinin redaksiyamıza göndərdiyi məktubu yenə şəkil halından yazı halına dönüşdürərək dərc edirik. Və şirkət sözçülərinə məsləhət görürük ki, bizim jurnalistika fəaliyyətimizi incələməkdənsə, özlərinin əl işlərinə - paslanmaz dəmirdən istehsal olunan və onlar tərəfindən Naxçıvan duz zavoduna quraşdırılan makinaların paslanmasının səbəbinə aydınlıq gətirsinlər. Biz hələ zavodunun təyinatına uyğun şəkildə qara duzu ağ duza çevirə bilməməsindən danışmırıq. Və abrımıza qısılıb “Arkoz” sözçülərinə Azərbaycan xalqının gözəl aforizmlərindən birini – “utanmasan, oynamağa nə var ki” atalar sözünü xatırlatmağa lüzum görmürük. Zira birdən sözümüzü səhv anlayıb, özlərinin rəqqas yox, inşaatçı olduqlarını sübut etməyə çalışan növbəti təkzib məktublarını göndərərlər, biz də onu yenidən şəkil halından yazı halına gətirməklə uğraşarıq.
Arkozun təkzib məktubu (Olduğu kimi):
Naxçıvan şəhəri
25/12/2023-cü il
" Ovqat.com " saytının təsisçisi və baş redaktoru cənab Heydər Oğuza
Hörmətli Heydər bəy!
Bir müddətdir Naxçıvanda fəaliyyət göstərən "Tikilməkdə olan Layihələrin Idarəedilməsi" MMC və həmin şirkətin qanuni təmsilçisi İsmayıl Əhmədovun merkantil maraqlarının ruporuna çevrilmiş "Ovqat.com" saytında 23.12.2023-cü il tarixli "Emin Uçar VasifTalıbovun "əsrarəngiz planı"nı necə "pozdu"? - Duz zavodundan sonra gil zavodu da açılacaqmış - III Yazı" sərlövhəli növbəti qərəzli, qeyri-dəqiq və bir o qədər də jurnalistika fəaliyyətinin prinsiplərini heçə sayan "yazı" dərc olunmuşdur. Cəmi 6 aydır təsis edilmiş "Tikilməkdə olan Layihələrin İdarəedilməsi" MMC-nin hansı səlahiyyətlə, hansı bilik və təcrübəylə Naxçıvandakı tikinti layihələrinə qiymət verdiyini, ümumiyyətlə bu özəl şirkətin neçə işçisi olduğunu və dövlət sifarişli layihələri yoxlamaq üçün "sifarişçi"lərlə müqaviləsi olub olmadığını, varsa hansı tenderlə bu "yoxlama" işlərini aldığını araşdırmağa dəvət edirik. Şirkətimiz və onun təsisçisi Emin Uçar barədə Azərbaycan mediasındakı qərəzli və məqsədyönlü qara yaxma kompaniyanız məqsədlərinə nail olmadığından bizləri Türkiyə mediası ilə hədələməniz bir daha niyyətinizin şantaj və böhtan olmasını sübut edir. Hesab edirik ki, məqalənizin adının "Emin Uçara qarşı Naxçıvanda niyə kompaniya başlanılmışdır və bunun arxasında hansı həqiqətlər və kimlər gizlənir?" və ya "İsmayıl Əhmədov "Arkoz İnşaat Şirkəti"ni niyə və hansı məqsədlə şantaj edir?" adlandırılması daha da düzgün ola bilərdi. Məqalə ilə tanış olduqda öncə dərc etdiyiniz məqaləyə verdiyimiz "Təkzib"i "Təkzib" formasında deyil, şəkil formasında yerləşdirməniz, "Təkzib" əvəzinə ən azından qarşı tərəfin mövqeyi kimi də verməməniz, şəkil formasında Təkzib yerləşdirilməzdən öncə məqalənin əsas hissəsində oxucunu çaşdırmaq məqsədilə əsassiz ittihamlarla dolu girişin verilməsi bir daha bu məqalənin təkzib vermək və ya əks tərəfin movqeyinı çatdırmaq, obyektiv olmaq məqsədi ilə deyil, məhz şantaj və böhtan xarakterli olmasını çılpaqlıqla özünü büruzə verməkdədir.
Ümüd edirdik ki, "Ağa dedi sür dərəyə" prinsipini unudaraq bir anlığa "obyektiv jurnalist" kimi məlumat təqdim edəcəksiniz və istinad etdiyiniz halların texniki xarakterli olmasını və bu sahədə xüsusi bilik tələb edildiyini nəzərə alaraq, mövzunu müvafiq orqanların və mütəxəssislərin öhdəsinə buraxacaqsınız. Lakin, görünən budur ki, istinad etdiyimiz prinsip Sizi çox uzağa getmənizə imkan vermir. Hər bir halda, qanunvericiliyə əsasən, Podratçının/təchizatçının öhdəliklərini yerinə yetirib-yetirməməsinin müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğu üçün bunun texniki aspekti ancaq Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, lisenziya/icazə əsasında fəaliyyət göstərən ixtisaslaşdırılmış ekspertiza mərkəzlərinin ekspertləri/mütəxəssisləri tərəfindən müəyyən edilə, mülki-hüquqi apsektinə isə yalnız Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələri tərəfindən qiymət verilə bilər. Bu qədər yalanlarını ortaya çıxarmağımıza baxmayaraq " ovqat.com " saytının plan üzrə yazılarını dərc etməyə davam etməsi artıq bu saytın da öz merkantil maraqlarına görə bu mövzuda qələm oynatdığı şübhəsini gücləndirir. Ona diktə edilmiş "hekayə" üzrə yazılarını dərc etməyə davam edən "Ovqat.com " saytı faktları necə təhrif etdiyi ona göstərildikdə isə bu "Tikilməkdə olan Layihələrin İdarəedilməsi" MMC-nin iddiasıdır" deyib yaxasını kənara çəkə bilməz. Bu, jurnalistika deyil, məqsədyönlü şəkildə, kiminsə sifarişi ilə Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsi ilə təminat altına alınan azad sahibkarlıq hüququmuza kobud müdaxilədir.
O ki qaldı duz emalı və istehsalı zavodunun təchizatı ilə əlaqədar iddialara, bir daha nəzərinizə çatdıraq ki, "Arkoz-Inşaat Şirkəti" MMC Naxçıvanda duz emalı və istehsalı zavodunun təchizatı ilə əlaqədar bu Layihəni, Komitə tərəfindən ayrılmış büdcə vəsaitini və maliyyə mənbəyini hədləri daxilində, dünya standartlarına əsasən mümkün ola biləcək ən keyfiyyətli avadanlıqlarla, maşınlarla təchiz etmişdir. Duz yuma üçün istifadə olunan sorteks cihazının istifadəyə yararsız olduğuna dair iddianıza cavab olaraq isə qeyd edək ki, həmin cihazlar dünyadakı müxtəlif istehsalçılar tərəfindən müxtəlif iş həcmlərinə və yuyulma sistemi gücünə malik olmaqla, fərqli növlərdə və xüsusiyyətlərdə istehsal olunurlar. Tərəfimizdən təmin edilmiş cihazın növü layihənin maliyyələşdirilmə dəyərinə uyğun şəkildə Komitənin bizdən tələb etdiyi standartlara uyğun olmuşdur.
Arkoz Inşaat Şirkəti bir daha və təkidlə Sizi kontekstin ictimaiyyətə düzgün çatdırılmasına dəvət edir.
"Arkoz İnşaat Şirkəti" MMC-nin etibarnamə üzrə nümayəndəsi
Emir Kaçmaz
ARKOZ INSAAT şiRkəti-
Redaksiyamıza digər təkzib məktubu isə Naxçıvan duz zavodundakı paslanan/paslanmaz makinanın istehsalçısı -Türkiyənin “Salt PROJECT” şirkətindən daxil olub. “Arkoz”dan fərqli olaraq “Salt PROJECT” şirkəti proyektin daha təhvil verilmədiyinə diqqət çəkərək, bir növ layihələrdə bu qəbildən problemlərin çıxa biləcəyinə eyham vurur. Daha artıq şərhə ehtiyac duymadan “Salt PROJECT”in də təkzibini olduğu kimi yayımlayırıq:
“SAYIN Heyder Oğuz,
Son günlerde üzülerek takip ettiğimiz sosyal medya ve medya organlarındaki karalama kampanyasına dönüşmüş tamamen algıya yönelik operasyonlar olarak gerçeği yansıtmayan asılsız bilgi ve dezenformasyon içeren haberler gün geçtikçe çirkin bir iftiraya dönüşmektedir.
Projenin başından beri işverenimiz olan Arkoz Holding ile yapmış olduğumuz tuz fabrikası uluslararası standartlarda ve tamamen projeye uygun bir imalat olmuştur. Son gelinen noktada, güzel ve memleket hayrına olan projenin hayata geçmemesi için adeta kendine görev edinmiş birtakım şahıslar teknik ve bilgiden yoksun açıklamaları ile kamuoyu yaratmaya çalışmaktadır.
Şöyle ki henüz test ve devreye alma çalışmalarında olan tesisin, çok küçük kılcal kaynak çatlağından bile medet umarak koskoca bir tesisin karalanmasını asla kabul etmiyoruz.
ilk günden beri Arkoz ve Salt Project olarak özenle başlattığımız ve yürüttüğümüz, bir milli servet olarak idrak ettiğimiz bu fabrikayı, bu ucuz algı ve iftiralara yem etmemek için olanca gücümüzle direnç göstereceğiz.
Teslim etmediğimiz fabrikamıza her gün birilerinin getirilerek bilgi ve teknikten yoksun açıklamalar yapması bizi ve iş ortağımız olan arkoz yönetimini işe karşı moral ve motivasyonumuzu etkilemeyecektir. Liyakatsiz yöneticiler bu süreci yıpratsa da biz işimizi laikiyle bitirme konusunda kararlıyız.
Ayrıca Türkiye'den bizi denetlemeye gelen (bilirkişi olarak) firma, hakkında kesinleşmiş yargı kararları olan tazminata hükmedilmiş çöken bir tuz fabrikasının imalatçısıdır. Bizim ile imalat ve kurumsal olarak rekabet edecek bir firma değildir. Bu firma, bizim kurduğumuz sisteme bizim bilgimiz olmadan davet edilip, makine ve ekipmanlarımızın teknolojik mahremiyeti ve gizliliği açıkça ifşa edilmiştir. Ayrıca bu firma için kendilerine Türkiye'de haksız rekabet ve asılsız bilgiler içeren raporu doğrultusunda tarafımızca dava açılmiştır.
Yine hakkımızda Nahçıvan'da asılsız ve gerçeği yansıtmayan haberleri yayan şahıslar ve tarafınıza için dava açarak hukuk sürecini başlatacağımızı bildirmek isteriz.
Dünyanın birçok yerine makine ekipman ve tesis kurulumu yapan firmamız, bugüne kadar hiç böyle kötü bir süreç yaşamamıştır. Kardeş ülke Azerbaycan (Nahçıvan) için bu tesis ne kadar bir önem arz ediyorsa, bizlerde aynı hassasiyetle bu milli servete bizim bakış açımızda kesinlikle böyle olduğunu tüm samimiyetimizle bildirmek isteriz.
SNL, PROJECT MAKIna sanayi Me ticArET LTD. ŞTİ
Coraklar Mah 5002 No 191 OSBI Alaga 1ZMIR Tet -90232 327 -90 232 327 862 Auga VD. 742745 8120 - Tic Sic No 4559 Mersis 07420 5032000001
SALTRCoraklar
MAKİNA SANAYİ VE TİCARET LTD. ŞTi.
Mah, 5002 Sk. Aliağa Onganize Sanayi Bolgesi No:19/1 Alağa izMir Tel: +90 232 327 3874 • Faks: +90 232 327 38 62 Активация Winc www.saltmakina.com.tr • [email protected]
Paylaş: