Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Ovqat.com xalq şairi Fikrət Qocanın qətl edilən oğlu Yalçın Qocanın şeirlərini təqdim edir:
***
Taleyin hardasa hələ yatırsa,
Ayılmaz hayqırıb qulaq batırsan.
Dərəndə əlinə tikan batırsa,
O tamah saldığın gül sənin deyil.
Dərd-ələm hey gedər, gələr, oxumaz,
Ürək öz içində dinər,oxumaz.
Dil dönüb özünə kədər oxumaz-
Əgər oxuyursa, dil sənin deyil.
Açılan qapılar bunca açılar,
zor gəlmə, başına cəncəl açılar.
Qapı sahibindən öncə açılar -
Əgər açılmırsa,dön,sənin deyil.
Uçur xəyal ucalığa gümantək,
Ümid deyib zirvələri haqladım.
Dağ ömrünü yaşayanı dumantək,
Ayaq altda sürünəndə ağladım.
Yoruldum yaşamaqdan,
bu yükü daşımaqdan.
Bəsdir, anam,
Bəsdir, atam,
bəsdir, bacım, qardaşım,
sizi ömür boyu daşıdım,
Hayıf, görmədim
qiyamət günü sirlərin açılan anını.
Getdi gözlərimin qarası...
İndi sirlərim üzümə durur -
Övladlarım kimi.
sirr -
ürəyimizin yarasıdır, yarası!
***
Silkələnib bu dünyaya oyandım,
Öz içimdə öz oduma qalandım.
Ömür boyu dövrəsinə dolandım -
Elə tale qavalıdır,qavalı.
Bu fələyin gərdişinə ”heç” - demə,
Enişinə,yoxuşuna “keç” - demə.
Xəbərim yox xəbərindən, heç demə,
Fələk mənnən davalıdır, davalı.
Bir soraq ver, borandasan, qardasan,
Zalım oğlu, bəlkə, elə dardasan?
Bisütunu çapan qolum, hardasan,
Bunlar kimin qandalıdır, qandalı?
Qısılmışam gah vüqara, ismətə,
Göz yummuşam hər ötəri qismətə.
Mənlə ölüm-dirim durub qismətim -
Nədən qanlı-qadalıdı, qadalı?
Yalçın deyər, kimi qəmli, kimi şən,
Qismətimi üzüdönük bilmişəm.
Onun gələcəyi, mənim keçmişim
İndən belə havalıdı, havalı.
***
Hələ yol gəlirdi ömrün bir anı,
Lazımsız günlərim dönürdü yelə.
Bəxtin qapısını döyəndə hamı,
Mən öz gözlərimi döyürdüm hələ.
O zaman çox şeyi başa düşmədim,
Ayıra bilmədim doğmanı, yadı.
Bir də göz açdım ki,qatı düşmənim
Mənə doğmalardan daha doğmadı.
Zindanda döyülən dəmirə döndüm,
Döyüldüm, döyüldüm dözüm olunca.
Döyüldüm - ölmədim, basıldım – öldüm,
İndi bərkiyirəm özüm olunca.
Hələ yol gəlirdi ömrün bir anı,
Lazımsız günlərim dönürdü yelə.
Bəxtin qapısını döyəndə hamı,
Mən öz gözlərimi döyürdüm hələ...
***
Ay dədə...
Yüz cığıra gedir izi dünyanın,
Dolaşdırıb min bir üzü dünyanın.
Hey dolanır gözüm düzü-dünyanı -
Görünməyir yolu, izi, ay dədə.
Atdı bizi dağın-daşın hökmünə,
Mat qalmışam, düzü, yaşın hökmünə,
Yazdan kəsib qatdı qışın hökmünə,
Qırdı-tökdü dolu bizi, ay dədə.
Söz quluyam, inanmıram anda mən,
Bərk ayaqda yalançıya and aman.
İnam yoxdu etməyəndə and-aman,
Haqdan deyən yoxdu sözü,ay dədə.
Bu bulağı bulaq sayan tapılmaz,
Bu bulağa bircə həyan tapılmaz.
Günümüzə bir ad qoyan tapılmaz -
Çaldı-çapdı zoru bizi, ay dədə.
***
Günəşdən o yana bir dünya yaşar,
əvvəli müəmma, sonu müəmma.
Çayları çağlayar, selləri daşar,
Çayları, selləri, qolu müəmma.
Arzunun bir qucaq bar-bəhərini
kim əkib becərib,kim yeyəsidi.
Minib yel qanadlı boz kəhərini
Çapıb o dünyada cücərəsidi.
Nə əlim gətirir,nə işim gedir,
Bu ilin faizi aşağı endi.
Qardaşım o sirli planetdədir,
Mənsə plan dərdi çəkirəm indi.
Alıb qayğıları indi dişinə,
Pişik balasıtək daşıyır məni.
Bəlkə də, qapılıb gənclik eşqinə
Ən gözəl çağımı yaşıyır mənim.
Burda çalınan saz orda oxuyar,
Çanağı müəmma,qolu müəmma.
Günəşdən o yana bir dünya yaşar,
Əvvəli müəmma,sonu müəmma.
***
Göndərib məni Yaradan,
Üzüm yox geri qayıdam.
Süzülüb daşdan-qayadan
Bulaqdan axıb gəlirəm.
Itiyim var Yer üzündə,
Gizlədibdi Yer özündə.
İldırım oynar gözümdə
Hayqırıb-çaxıb gəlirəm.
Qəfildən vida eşitdim,
Tanrıdan səda eşitdim.
Yuxumda nida eşitdim,
Oyanıb-qalxıb gəlirəm.
Dost çağırıb dünya bizi,
Deyən, yerə dəyir dizi.
Eşitmişəm dünyamızı
əcəl haqlayıb, gəlirəm.
"ULDUZ" jurnalı.-2017.-Mart.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar