İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ABŞ-a xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
O bildirib ki, Vaşinqton HƏMAS-ın siyasi büro rəhbərinin müavini Saleh əl-Arurini öldürməsinin nəticələrinə hazırlaşsın:
"HƏMAS-ın yüksək rütbəli rəsmisinin öldürülməsi ABŞ-da qarışıqlıq yaradacaq. ABŞ regional tarazlığı pozdu və bu sui-qəsdin (Aruri) nəticələri onların üzərinə düşəcək".
Nazir qeyd edib ki, müqavimət qüvvələrinə qarşı bu cür addımlar Amerika siyasətinə qarşı regional həmrəyliyi gücləndirəcək:
"Vaşinqtonun strateji səhvləri ABŞ-ın planlarına əks nəticə verəcək".
Qeyd edək ki, HƏMAS-ın yüksək rütbəli rəsmisi Saleh əl-Aruri çərşənbə axşamı günü İsrailin pilotsuz təyyarəsinin Beyrutun cənubundakı Dahiya ətrafına endirdiyi zərbə nəticəsində öldürülüb.
Paylaş: