Xəbər lenti


Ölkə başçısının Naxçıvandakı xüsusi nümayəndəsi Fuad Nəcəfli Prezidentə məruzələrini özü yazmırmış. 

 

Ovqat.com-un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, ona “qeyri-rəsmi katibliyi” 5-ci kolonun ən aparıcı üzvü kimi tanınan və böyük ehtimalla bu səbəbdən PA-dan qovulan Əli Həsənovun qardaşı oğlu Anar Həsənov həyata keçirirmiş.

 

Maraqlıdır ki, Anar Həsənov Naxçıvanda yox, Bakıda işləyir. DGK-nın mühüm bir idarəsinin məsul işçisi olan Anar hər 3 aydan bir Naxçıvana gedib, Ali Məclisdə ona ayrılan kabinetdə məruzə yazmaqla katiblik görəvini yerinə yetirirmiş. 

 

İddialara inansaq, Anar Həsənov xüsusi nümayəndənin DGK-da işləyən xalası oğlunun işçisidir və onu 3 aydan bir məruzə yazmaq üçün Naxçıvana “ezamiyyətə” göndərən də elə “müqəddəs” xala oğlu imiş. 

 

Mənbəmizin bildirdiyinə görə, bu iddia dövlət orqanları tərəfindən də ciddi şəkildə araşdırılır: “Əgər öz təsdiqini taparsa, dövlət təhlükəsizliyi üçün ciddi təhdid meydana gətirən hal kimi qiymətləndirilə bilər. Çünki Rusiyanın əsas adamlarından biri kimi tanınan Əli Həsənovun gizli məlumatlara çıxışının qarşısının alınması üçün PA-dan qovulduğu güman olunur. Fakt təsdiqlənərsə, belə çıxır ki, o, hazırda öz qardaşı oğlu vasitəsilə ölkəmizin ən strateji bölgəsi sayılan Naxçıvan gizlinlərinə çıxış imkanlarına qovuşub”. 

 

Bildirilir ki, Fuad Nəcəfli Əli Həsənovun qohum-əqrəbalarına bu xidmət qarşılığında borclu qalmayıb. Həsənovlara Naxçıvanın idarə olunmasında mühüm fürsətlər yaradılıb. Hətta “canişin” həzrətlərinin Əli Həsənovun doğma kəndi Tənənəmə məhz bu səbəbdən xüsusi diqqət ayırdığı da qeyd olunur.

 




Ana səhifəyə qayıt        Baxış: 6 198          Tarix: 9-01-2024, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma