Xəbər lenti
Dünən, 19:25


 

Xatılayırsınızsa, bir neçə gün əvvəl Naxçıvan MR Təhsil Nazirliyi müəllim uniformasına keçidlə bağlı təlimat vermiş, müəllimlərin ciddi etirazını görüb geri addım atmışdılar. Biz təbii ki, nazirliyin öz səhvindən geri çəkilməsini müsbət qarşılayır və bunu alqışlayırıq. Amma öz səhvindən geri çəkilərkən də gərək günahı başqasının boynuna atmayasan. Əks halda üzrün qəbahətindən böyük olar.

 

Təəssüf ki, Naxçıvan MR Təhsil Nazirliyinin bu səhvdən geri dönüşü də qaş düzəldərkən göz çıxarmağa bənzədi. Nazirlik məsələ ilə bağlı yaydığı rəsmi açıqlamada “xan” həzrətlərindən qalma uniformaya keçidlə bağlı heç bir təlimatlarının olmadığını, bunu media orqanlarının uydurduğunu və dezinformasiya kimi yayaraq müəllimlər arasında qəsdən ajiotaj yaratdıqlarını bildirdi. Dolayısıyla bizim bostanımıza da daş atdı. Bəs, əsl həqiqətdə belə bir göstəriş olmuşdumu?

 

Naxçıvan müəllimlərindən biri Ovqat.com-a ünvanladığı qısa məktubunda bu iddialara cavab verərək  yazır:

 

"Bizim  məktəbin   direktoru  da  səhər   5  dəqiqəliyində  forma   haqda  verilmiş  qərardan danışdı və  biz   formada   işə  gəldik.   Bunu  inkar  etməkmi   olar?".

 

“Canişin” rejiminin də “xan” rejiminin bir başqa tərzdə davamı olduğunu düşündüyümüzdən, təhslükəsizliyini nəzərə alıb adını açıqlamaq istəmədiyimiz bir başqa müəllim Naxçıvan Təhsil Nazirliyinin məktəbliləri pul qarşılığında sınaq imtahanlarına zorla cəlb etdiyindən şikayətlənir. Maraqlıdır ki, Nazirlikdə bu sahəyə baxan adam vaxtilə "Hədəf" kurslarının rəhbəri vəzifəsini icra edib. Məsələyə bu aspektdən yanaşanda nazirlyin məktəblərdə repetitorluğu qadağan etməsinin bir başqa səbəbi ortaya çıxır. Görünən budur; məktəblərdə repetitorluğa ona görə icazə verilmir ki, şagirdlər daha baha qiymətə müxtəlif hazırlıq kurslarına getsinlər.

 

Redaksiyamıza ünvanlanan şikayət məktubu

 

"Naxçıvan MR Təhsil nazirliyinin orta məktəblərdə sınaq imtahanı monopoliyası

 

Bildiyiniz kimi, Naxçıvanda baş verən islahatlardan sonra Naxçıvan MR Təhsil Nazirliyində kadr dəyişiklikləri olub. Bunlardan ən əsası Elxan Nəcəfovdur. Təyinatından əvvəl Elxan Nəcəfov uzun müddət hədəf kurslarında fəaliyyət göstərmişdir. Bununla əlaqədar olaraq, ilk təyinatından sonra Hədəf Kurslarının sınaq imtahanlarını zorla direktorlara tapşıraraq 12 azn-dən sınağa cəlb etməsini tapşırmışdır. Bir çox valideynlərin narazılıqlarına baxmayaraq , yenidən sınaqlara uşaqları cəlb edilmişdir. Özəl kursların sınaq imtahanlarını dövlət məktəblərdə zorla təşkil etmək həqiqətən absurddur. Nazirlik olaraq monitoriq imtahanları təşkil olunmalıdır ki, bu onların bilavəsitə vəzifələridir. Hər özəl kurs sınağını öz kurs binasında keçirməli, hər bir könüllü şagird orada iştirak etməlidir. Bundan əlavə olaraq, Şərur rayon Fizika Riyaziyyat Təmayüllü liseyi , Güvən nəşriyyatın sınağını təşkil edərək, 18 azn dən uşaqları məcbur edib, pulu verməyən şagirdləri dərsdən qovaraq gedib pulu gətirməklərini tələb etmişlər. Sınağın adını isə, həm şagirdlərə həm də valideynlərə zəng edərək “məcburdur” deyərək uşaqları sınağa məcbur cəlb etmişlər. Bununla bağlı bir çox valideynlərin Nazirliyə şikayəti daxil olsa da, buna məhəl qoyulmamışdır. Bu məmurlar kütləvi pul qazanacaq deyə hansısa valdeyin boğazından kəsib bunların cibini doldurmamalıdır. Dövlətə , millətə xidmət etməkdənsə ancaq ciblərini düşünürlər. Belə əməllərin hamısı cənab Prezidentin apardığı siyasətə xələl gətiriləcək əməllərdir. Xahiş edirik bu məsələri ışıqlandlrın ki, belə acgöz məmurlara heç olmasa bir dərs olsun!"




Ana səhifəyə qayıt        Baxış: 7 161          Tarix: 13-01-2024, 07:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma