Xəbər lenti


 

Bakıda Rusiya və Azərbaycanın baş nazirləri arasında danışıqlar başlayıb.

 

Ovqat.com-un məlumatına görə, Rusiyanın rəsmi informasiya agentliyi TASS agentliyi bu barədə bildirib.

 

Bildirilir ki, baş nazirlərin görüşündən sonra Rusiya və Azərbaycan nümayəndə heyətinin üzvləri də onlara qoşulacaqlar. Rusiya nümayəndə heyətinin tərkibinə baş nazirin müavini Aleksey Overçuk, nəqliyyat naziri Vitali Savelyev, Əmək Nazirliyinin rəhbəri Anton Kotyakov, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina və başqaları daxildir.

 

Nümayəndə heyətinin tərkibindən aydın olur ki, rəsmilərin görüşündə Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin müzakirəsi planlaşdırılır. Müzakirələrdə enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrə xüsusi diqqət yetiriləcəyi gözlənilir. 

 

Rusiyanın Baş naziri Mixayıl Mişustinin Azərbaycana səfərinin iki gün davam edəcəyi bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 3 463          Tarix: 5-03-2024, 18:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma