Xəbər lenti

 

Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayevin vəzifədən azad edilməsinin səbəbi məlum olub.

“Report” xəbər verir ki, R.Albabayev xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə işdən çıxarılıb və hətta daxili işlər orqanlarından xaric edilib.

Onun müavini, polis mayoru Azər Kərimzadə isə şiddətli töhmət verilməklə işdən çıxarılıb. A.Kərimzadə Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsinin sərəncamına götürülüb.

Qeyd edək ki, Azər Kərimzadə Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun qardaşıdır.

Ovqat.com xəbər verir ki, Salyan rayonunun icra başçısı Tahir Kərimov da bir müddət əvvəl Osmanlı sultanlarını xatırladan “gül tuneli”nin altından keçməklə gündəmə gəlmiş və qısa müddətdən sonra öz vəzifəsiylə vidalaşmalı olmuşdu. Həmin vaxt ictimaiyyət bir-birinin ardınca gələn bu iki hadisə arasında üzvi əlaqələr qurur və Tahir Kərimovun siyasi iradənin qəzəbinə gəldiyini düşünürdü. Təsadüfi deyil ki, saytımızın rəhbəri Heydər Oğuz da məhz bu məqama diqqət çəkərək, özünün məşhur şeirlərindən birini yazmışdı. Şeirin sonuncu misrası bu sözlərlə bitirdi:

“O, bir qızılgüldü – güllərin şahı,

Nə saman çöpüydü, nə adi otdu.

Səni tutmaz idi Salyanın ahı,

Səni çiçək ahı, gül ahı tutdu”.




Ana səhifəyə qayıt        Baxış: 1 731          Tarix: 11-08-2017, 14:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma