İranın vitse-prezidentinin qardaşı Mehdi Cahangiri həbs olunub.
Ovqat.com xəbər verir ki, bunu İranın “TABNAK” xəbər agentliyi yayıb.
Məlumata görə, Mehdi Cahangiri Turizm bankının Maliyyə Departamentinin və Ticarət Palatasının sədri həbs vəzifələrini icra edirdı.
O da bildirilir ki, Cahangiri əvvəllər ittihamları cavablandırmaq istəyib, lakin bu cavablar istintaq sənədlərinə daxil edilməyib. İttihamların böyük qismi Cahangirinin Turizm Bankındakı fəaliyyəti ilə əlaqədardır.
Mehdi Cahangiri Turizm Bankının təsisçisidir. Onun həmçinin Bonab polad kompleksinin sədri və İran Həndbol Federasiyasının İdarə Heyətinin üzvü olduğu bildirilir.
Bu qədər ciddi imkana malik olan Cahangirinin Əhmədinejad rəhbərliyindəki sabiq və mövcud hökumətlərlə dərin əlaqələri varmış. Amma bütün bunlar və vitse-prezidentin qardaşı olması onu həbsdən xilas edə bilməyib.
Paylaş: