Xəbər lenti

 

Naxcivanxeberleri.com saytı 09 noyabr “Bayraq Günü” münasibətilə “Dalğalansın Bayrağım” adlı yazı müsabiqəsini elan edir.

Ovqat.com xəbər verir ki, bu barədə məlumatı saytın özü yayıb.

Bildirildiyinə görə, müsabiqənin keçirilməsində məqsəd istedadlı qələm sahiblərinin aşkarlanması, Azərbaycan dilinin düzgün istifadəsinin təbliği, Azərbaycançılıq, dövlətçilik və vətənpərvərlik ideyalarının aşılanması və adət-ənənələrimizin qorunub saxlanmasıdır.

Müsabiqəyə aşağıdakı başlıqlarda yazılar qəbul olunur:

 

  1. Azərbaycan dünyam mənim
  2. Nuhçıxandan Naxçıvana
  3. Mən burdan baxıram bütün aləmə
  4. Bayrağıma bürünüb Naxçıvanın göyləri
  5. Ana dilim ölən deyil
  6. Qüvvət elmdədir

Yazıların xüsusiyyətləri: Word sənədi, format A4, ən az bir səhifə, ən çox üç səhifə, interval-1.0, şrift – Times New Roman, şrift ölçüsü-12.

 

MÜSABİQƏDƏ İŞTİRAK ŞƏRTLƏRİ

 

Müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş şərtlərə uyğun şəkildə yazdığınız yazınızı, elektron formada adınız, soyadınız, əlaqə nömrəniz və aktiv mail ünvanınız göstərilməklə [email protected] adresinə və ya facebook səhifəmizə göndərə bilərsiniz.

 

MÜSABİQƏ MƏRHƏLƏLƏRİ

 

I MƏRHƏLƏ – Yazılar 09.11.2017 tarixinə qədər sayta təqdim olunur.

II MƏRHƏLƏ – Yazılar münsiflər heyəti tərəfindən 10.11.2017 tarixinə qədər qiymətləndirilir.

III MƏRHƏLƏ – Bütün iştirakçılar 14.11.2017 tarixində Naxçıvan şəhərində keçiriləcək mükafatlandırma mərasimində iştirak edir.

 

QEYD: Bizə göndərilən bütün yazılar moderatorlarımız tərəfindən baxıldıqdan sonra internet saytımızda və facebook səhifəmizdə yayımlanacaq. Uyğun olmayan yazılar yayımlanmayacaq.

 

MÜKAFATLANDIRMA

 

I yer – 100AZN, “KOTON” 50AZN – lik kupon

II yer – 50AZN, “İDEAL” 50AZN – lik kupon

III yer – 50AZN, “DƏYİRMANÇI” iki nəfərlik şam yeməyi

IV yer – “KOTON” 50AZN – lik kupon, “DƏYİRMANÇI” iki nəfərlik şam yeməyi

V yer – “İDEAL” 50AZN – lik kupon

VI yer – “DƏYİRMANÇI” iki nəfərlik şam yeməyi

 

Mail ünvanımız: [email protected] 

Facebook səhifəmiz: https://www.facebook.com/nakhchivannews/ 

Facebook qrupumuz: https://www.facebook.com/groups/829447933803532/ 

Əlaqə nömrəsi: 051 428 26 85




Ana səhifəyə qayıt        Baxış: 1 351          Tarix: 28-10-2017, 22:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma