Xəzər Televiziyasının aparıcısı Zaur Kamalın 15 yaşında qıza elçi getməsi xəbəri cəmiyyətdə çox aqressiv qarşılanıb.
Bununla bağlı açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, bu günki yayılan xəbərə cəmiyyətin mənfi qarşılanması təbiidir:
“Əslində bununla bağlı mən də öz facebook səhifəmdə qısa bir status da yazdım ki, “Nə qədər ki, Zaur Kamallar, Zaur Baxşəliyevlər TV-lərdən uzaqlaşdırılmayıb, TV-lər bu gündə olacaq...” . Həqiqətən bu gün Azərbaycan televiziyalarında bir qrup aparıcı var ki, bunların efirdə olması, sözün yumşaq mənasında biabırçılıqdır. Bu tip aparıcılara cəmiyyətdə hansı münasibətinin olmasını bilmək istəyən rəsmi şəxslər, televiziyaya məsul olan insanlar, minlərlə facebook-da yazılan statusları, rəyləri, şərhləri oxusunlar. Sizə bir faktı deyim, bu günə kimi bir dəfə də olsun, nə Zaur Kamalın, nə də Zaur Bəxşəliyevin verlişinə baxmamışam. Bu gün mətbuatdan xəbər tutmuşam ki, belə bir biabırçılıq olub. 15 yaşlı orta məktəbliyə elçi gedib və bunu televiziyaya da yayıb. Bundan sonra ölkənin bir sıra media orqanları Zaurun pedofilliyi təblığ etdiyi kimi yazılar veriblər. Biabırçı bir vəziyyət. Azərbaycan xalqının milli adət - ənənələri var. Bu cür biabırçılığın aradan qaldırılması üçün, əksinə, televziyalardan geniş istifadə edilməlidir.
Erkən nikahın baş tutmaması üçün dövlət bu yönümdə siyasət aparır. Bununla bağlı Prezidentin Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hər il bir sıra QHT-lərin maliyyələşdirdiyi layihələr olur ki, onlar da rayonlarda, bölgələrdə erkən nikahın qarşısının alınması üçün işlər görürlər. Valdeyinlərlə söhbətlər edirlər. Bu fakt onu deməyə əsas verir ki, rəsmilər erkən nikahın baş verməməsi üçün insanları maarirfləndirmə yolunu tutub. Təsəvvür edək, 15 və ya 16 yaşlı bir yeniyetmənin ailə qurması cəmiyyət üçün nə verə bilər? Təbii ki, bu cür hadisələr bir müddət sonra ailə daxilində ciddi problemlər yardır. 15-16 yaşlı övladrımız təhsil almaldır, gələcək nəsilin sağlam, intellektual, vətənpərvər böyüməsi üçün ən vacib şərtlərdən biri də ailədə ananın savadlı olmasıdır. Vacıb deyil ki, ana ali təhsilli olsun. Ən azından imkan verilməlidir ki, gələcəyin anası 11-ci sinifi tam bitirsin. Müəyyən qədər, dünyagörüşü formalaşsın, orta təhsilini tam başa vursun. Yoxsa, 7-8 sinifdən ailə qurulması, cəmiyyət üçün ciddi problemdir. Və inkişaf etmiş ölkələr bunu anormallıq kimi qiymətləndirir və bunun əleyhinə kampaniya aparır. Məhz televiziya vasitəsi ilə. Bunu televiziyada yaymaq, təblığ etmək, dəhşətdir.
Məncə, bu gün televizyalarımızın öz tamaşaçısını kütləvi şəkildə itirməsinin əsas ciddi səbəblərdən biri də bu cür aparıcıların olmasıdır. Məhz bu aparıcılara görə, televizyanı izləmək istəməyən xeyli insanlar var. Bəzən də görürsən ki, cəmiyyətdə mənfi imici olan, adi etik qaydalara əməl etməyən insanlar efirə çıxıb cəmiyyətə əxlaqdan, mənəviyyatdan dərs deyirlər. Bu adamları efirə çıxaranlar çox yaxşı bilir ki, onların cəmiyyətdə hörməti yoxdur. Və hansı əxlaq sahibdirlər. Həmin adamlara sual vermək istəyirəm, bu adamları efirə çıxartmaqla nə və nə qədər qazanırsınız?! Siz nə qaznamağınızdan aslı olmayaraq, biz cəmiyyət olaraq itiririk!”
Moderator.az
Paylaş: