Xəbər lenti

 
Faciə ilə əlaqədar paytaxtda abidənin ucaldılması, təqvimə anım günün salınması və 2018-ci ildə hadisələrin 30 illiyi ilə əlaqədar “Qərbi Azərbaycan Günləri”nin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı müvafiq dövlət və hökumət qurumlarına müraciətlərin edilməsi qərara alındı.

Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan departamentinin təşkilatçılığı ilə partiyanın mərkəzi qərargahının akt zalında 1988-ci ildə Qərbi Azərbaycandan türklərin departasiyası və soyqırımının 29-cu ildönümünə həsr edilmiş tədbir keçirib. Tədbirdə alimlər, ictimai-siyasi xadimlər, qələm adamları və xeyli sayda Qərbi azərbaycanlılar, onların övladları və nəvələri iştirak edirdilər. 
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan Departamentinin sədri Əli Rzayev tədbirin mahiyyəti barədə danışdıqdan sonra, sözü tədbirin məruzəçisi elmlər doktoru, professor Əsgər Zeynalova verdi. Ə.Zeynalov baş vermiş hadisələrin tarixi və yaranma səbəbləri, yaratdığı fəsadların miqyası və acı nəticələri barədə geniş məruzə ilə çıxış etdi .
Bunun ardınca söz tədbir iştirakçılarına verildi. Çıxışçılardan MDHP sədrinin müavini Həbib Ələkbərsoy, “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin sədri Rizvan Talıbov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin Qadınlar Şurasının sədri Lida Əyyubova, MDHP Ali Məclisinin sədri Tahir Seyidov, Milli Qadınlar Komitəsinin üzvü Çimnaz Məmmədova, MDHP Qarabağ Departamentinin sədri Şakir Ağayev, “Ulu öndər Heydər Əliyevin, Prezidentin siyasətinə və dövlətçiliyə dəstək” İctimai Birliyi sədrinin birinci müavini Hüseyn Xəzər, “Zirvəyə Doğru” jurnalının təsisçisi Camal Quliyev, yazıçı-publisist Səriyyə Dumanlı, MDHP Qərbi Azərbaycan Departementi fəallarından Arif Cümşüdov və digərləri isə faciə barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər, hadisələrin yaratdığı problemlər və bu istiqamətdə görülən işlər barədə danışdılar. Çıxışçılar hadisələrin dünyaya çatdırılması ilə bağlı bir sıra təkliflər verdilər. Çıxışları dinlənildikdən sonra, verilmiş təkliflərlə əlaqədar müzakirələr aparılaraq, faciə ilə əlaqədar paytaxtda abidənin ucaldılması, təqvimə anım günün salınması və 2018-ci ildə hadisələrin 30 illiyi ilə əlaqədar “Qərbi Azərbaycan Günləri”nin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı müvafiq dövlət və hökumət qurumlarına müraciətlərin edilməsi qərara alındı.
MDHP Mətbuat Xidməti

 




Ana səhifəyə qayıt        Baxış: 779          Tarix: 11-12-2017, 21:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma