Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
Keçmiş Şuşa batalyonunun komandiri Möhtəşəm Məhərrəmov jurnalist Əvəz Zeynallıyla müsahibəsində Şuşanın, Laçının işğalı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib, bir sıra faktlar səsləndirib.
M.Məhərrəmov Şuşaya yerləşdirilmiş Qərbi Azərbaycan qaçqınlarının şəhərdən çıxarılmasından da danışıb: “Qəfildən Şuşada yerləşən Qərbi Azərbaycanlı qaçqınları Bakı və Sumqayıta apardılar. Qaçqınları köçürməyə Ali Sovetin sədri Elmira Qafarovanın birinci müavini Telman Orucov gəlmişdi. Ancaq Qərbi Azərbaycanlılar Şuşadan getmək istəmədiklərini dedilər və Telman Orucov geri qayıtdı. Ancaq bir həftə sonra polislər gəldi və dedilər ki, Bakıdan əmr gəlib, ermənistanlı qaçqınlar buradan çıxmalıdır. Ancaq qarşıdıruma yaşandı və polislər də geri qayıtdı. Bir ay sonra ovaxtkı hakimiyyətin əmri ilə 200-dən çox polisi şəhərə yeridib Ermənistandan gələnləri məcburi şəkildə, döyə-döyə, təhqir edə-edə Şuşadan çıxardılar. Bu da erməniləri cəsarətləndirdi, amma buna qədər onlar tamamilə Şuşa və ətrafından çıxıb getmək istəyirdilər”.
Moderator.az olaraq Telman Orucovdan səslənən fikirlərə münasibət öyrənməyə çalışdıq.
T.Orucov bu barədə danışmaq istəmədiyini bildirdi: “Bu barədə artıq neçə illərdir ki, danışılır, yazılır, hər kəs öz fikrini bildirir. Artıq mən bununla bağlı heç nə danışmaq istəmirəm. Kim nə deyir qoy desin...”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar