Xəbər lenti

 

“Goranboy Sukanal rəisi Dilqəm Əvəzov Prezident İlham Əliyevin açılışını etdiyi Murovdağ- Goranboy magistiral su, o cümlədən, şəhərdaxili yeni çəkilmiş su və  kanalizasiya xətlərini şəxsi biznesinə çevirib”.

Həmin idarənin sabiq rəis müavini Sadıqov Ayaz Rəşid oğlunun Ovqat.com-a göndərdiyi şikayət məktubunda belə iddia olunur.

Şikayətçi köhnə müdirinin dövlət əmlakından şəxsi mənfəətləri üçün necə istifadə etdiyinə də aydınlıq gətirir:

“Əhali abonentlərinə qanunən pulsuz xidmət göstərən su və kanalizasiya xətti 300-400 manata, qeyri əhali abonentlərinə isə dövlət rüsumu 305 manat olduğu halda, 800 -1000 manat rüşvət qarşılığında çəkilir. Strateji obyekt olan Ballıqaya su anbarını istirahət zonasına çevirib adambaşı 4-5 manat, alaraq əxlaqsızlıq yuvasına çevirib. İçməli suyu hektarı 20 manatdan əkin sahələrinə aylarca buraxdırır”.

Azərbaycan hakimiyyətinin korrupsiyaya qarşı mübarizə aparmaq istədiyini nəzərə alıb, şikayət məktubunu olduğu kimi təqdim edirik:

 

“Göranboy rayonu  Elxan Süleymanov küçəsi ev 11 sakini Sadıqov Ayaz Rəşid oğlu tərəfindən

 

                                  ŞİKAYƏT  ƏRİZƏSİ

 

Mən Sadıqov Ayaz Rəşid oğlu 25 avqust 1983-cü ildə Goranboy rayonunda anadan olmuşam. Ali təhsilliyəm. Ailəliyəm 2 övladım var. 2012-ci il yanvar ayının 13-dən 2016-cı il avqust ayınadək Goranboy Sukanal idarəsinin rəis müavini vəzifəsində işləmişəm. İşlədiyim dövr ərzində heç bir xəbərdarlıq belə almamışam. Daim idarənin rəisi Dilqəm Əvəzov məni vəzifəmə  aid olmayan işlərə göndərirdi. İdarədə daim rəis Dilqəm Əvəzovun təzyiqi altında işləməyə məcbur idim. Çünki himayəmdə xəstə övladım var. May ayında Dilqəm Əvəzovun əlinə fürsət keçdi. Bütün İdarələr üçün rəis müavini ştat vahidləri ixtisar olundu və baş mühəndiş ştat vahidi ilə əvəz olundu. Mən Dilqəm Əvəzova dəfələrlə müraciət etdim. Hər dəfə o məni aldatdı. Elə bilirdi ki, mən ona nə isə pislik edəcəm. Çünki o qədər cinayət əməlləri var idi ki, o öz kölgəsindən belə qorxurdu. Prezident cənab  İlham Əliyevin açılışını etdiyi Murovdağ- Goranboy magistiral su xəttini və şəhərdaxili yeni çəkilmiş su və  kanalizasiya xətlərini şəxsi biznesinə çevirib. Əhali abonentlərinə pulsuz çəkilməli olan su və kanalizasiya xəttini 300-400 manata, qeyri əhali abonentlərinə isə dövlət rüsumu 305 manat olan halda 800 -1000 manat rüşvət qarşılığında xidmət göstərilir. Strateji obyekt olan Ballıqaya su anbarını istirahət zonasına çevirib adambaşı 4-5 manat alaraq əxlaqsızlıq yuvasına çevirib. İçməli suyu hektarı 20 manatdan əkin sahələrinə aylarca buraxdırır.

 

Mənim yuxarıda yazdıqlarımın istər foto istərsə də video görüntüləri mövcuddur. May ayında mən bildirdim ki, iqtisad məhkəməsinə gedəcəm və haqqımı tələb edəcəm. Bunu eşidən Dilqəm Əvəzov bir daha məni aldadıb dedi ki, səni texniki təhlükəsizlik üzrə mühəndis göndərirəm. Amma 3000 xərci var. Dedi, get, 1000 manat indi gətir, 2000 manatı təsdiq olandan sonra gətirərsən. 1000 manata Göndəriş vərəqəsi alıb getdim Bakı şəhərinə imtahana. Birləşmiş Sukanal MMC-də imtahan vaxtı çatanda mənə dedilər ki, səni kim göndərib bura? Dərhal Dilqəm Əvəzovun mobil telefonuna zəng etdim. Dedi səni imtahansız qəbul edəcəklər. Bir ay Dilqəm Əvəzovun yanında əməkhaqqısız işlədim. Daha sonra getdim yanına ki, iş nə oldu? Cavabında minbir bəhanələr gətirdi. Daha sonra öz hüquqlarımı qorumaq üçün Dilqəm Əvəzovun səsini telefonuma yazdırdım. Verdiyim 1000 manat pulu ondan tələb etdim. Lakin bu pulu ala bilmədim. 2003-cü ildən YAP -ın fəal üzvüyəm. Prezidentimə, bayrağıma, torpağına bağlı bir insanam. Dəfələrlə Baş prokurorluğa müraciət etdim. Dilqəm Əvəzov bu orqanı da aldatdı. İcra başçısının dəfələrlə qəbulunda oldum.Qəbuldan çıxanda dedi pulu qaytaracam. Yekunda Cənab Prezidentim İlham Əliyevə müraciət etdim. Lakin korrupsioner məmur olan Dilqəm Əvəzovdan pulumu ala bilməmişəm ki, xəstə övladımı müalicə etdirim. Sizdən artıq dərəcədə xahiş edirəm, mənim də milliyətimi araşdırın o cümlədən Dilqəm Əvəzovun da. Görün, kimin qanından Azərbaycanlı qanı axır. Onsuzda bütün Goranboy caamatı bilir. Xahiş edirəm mənim səsimi cənab Prezident İlham Əliyevə çatırasınız. Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm”.

 




Ana səhifəyə qayıt        Baxış: 1 829          Tarix: 1-02-2018, 10:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma