Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
Aprelin 26-da “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.
Dövlət şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Ovqat.com-a verilən məlumata görə, ASC-nin sədri Qorxmaz Hüseynov bildirib kiİclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2017-ci ilin birinci rübündə Azərbaycanda dinamik inkişaf təmin olunmuşdur. Qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq sosial və infrastruktur layihələrinin icrası davam etdirilmişdir.
“Azərsu” ASC-nin sədri 14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində keçirilmiş 1-ci Bakı Beynəlxalq Su Həftəsini və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyini əhəmiyyətli hadisələr kimi qiymətləndirmiş, bu tədbirlərin su sektorunda mövcud problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olduğunu diqqətə çatdırmışdır.
Q.Hüseynov istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata keçirildiyini vurğulamışdır: “Cari ilin birinci rübündə Saatlı şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatmış və Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmişdir. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davam etdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemlərinin qurulması üçün “Azərsu” ASC-yə 14 milyon manat ayrılmışdır. Hacıqabul rayonununNavahı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılmış və 2300 nəfərin içməli su təchizatı yaxşılaşdırılmışdır. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zərdab, Hacıqabul və Şamaxı rayonlarında suvarma layihələrinin icrasına başlanılmışdır”.
Qeyd olunmuşdur ki, 2017-ci ilin yanvar-mart aylarında istehlakçılara 57 milyon kubmetr həcmində su verilmiş, 41 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilmişdir. Hesabat dövründə 38,4 km içməli su, 71 km kanalizasiya xətləri çəkilmiş, 3 su anbarı tikilmiş, 6 ədəd subartezian quyusu qazılmışdır. Görülmüş işlər nəticəsində 70 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmiş, 69 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilmişdir. Beləliklə fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 65,9 faiz, Bakı şəhəri üzrə isə 80,8 faiz təşkil etmişdir.
“Azərsu” ASC-nin sədr müavinləri Etibar Məmmədov və Köçərli Həsənov, İşlər İdarəsinin rəisi Möhsün Quliyev, Mərkəzi Laboratoriyanın müdiri Elçin Əliyev, Nərimanov rayon Sukanal İdarəsinin rəisi Rövşən Əliyev hesabat məruzəsi ilə çıxış edərək müvafiq sahələr üzrə 2017-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat vermişlər.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını vermişdir. Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən Səhmdar Cəmiyyətin sədri yeni texnologiyaların tətbiqi ilə bağlı tədbirlərin davam etdirilməsinin vacibliyini bildirmişdir. “Azərsu” ASC-nin sədri iqtisadi səmərəliliyin artırılması, abunəçilərlə işin təkmilləşdirilməsi, sayğaclaşma işlərinin sürətləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar vermişdir. Qeyd olunmuşdur ki, Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları ilə əlaqədar ölkəmizə xaricdən xeyli sayda idmançı və turistin gələcəyi nəzərə alınaraq idman yarışlarının keçiriləcəyi yerlərdə, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunması diqqətdə saxlanılacaqdır.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar