Xəbər lenti

 

Qanunvericilik təşəbbüsü hüququndan  Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının istifadə etməsi barədə Konstitusiyanın 96-cı maddəsinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət ünvanlamışıq.   

“Hürriyyət”ə bu barədə məlumatı müraciətin müəlliflərindən olan iqtisadçı ekspert Elçin Qurbanov verib.

Elçin Qurbanov bu təşəbbüsün səbəbinə belə aydınlıq gətirib:             

“Qanunlar hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir. Ona görə də cəmiyyətin taleyində müstəsna rola malikdir. Hesab edirəm ki, insanlar konstitusiya hüququndan yararlanmalı və dövlətin idarə olunmasında yaxında iştirak etməlidirlər.  İctimai iştrak olmadıqca dövlət inkişaf edə bilməz. Ona görə də insan dəyərlərini önə çəkən və ictimai şüurun inkişafına dəstək ola biləcək “Beynəlmiləlçilər yardıcılıq və təşəbbüskarlar qrupu” yaratdıq.          

Belə bir təşəbbüs qurupunun yaradılması, qanun yaradıcılığı sahəsində ictimai rəyin və iştirakın təşkili, habelə dövlətin idarə olunmasında vətəndaşın konstitusiya ilə müəyyən edilmiş hüquqlarının bilavasitə həyata keçirilməsini özündə ehtiva edir. Ən mükəmməl qanunlar yalnız ictimai fikrin süzgəcindən keçmiş qanunlar ola bilər. Əgər dövlət siyasətinin önündə vətəndaş dayanırsa, deməli vətəndaşın dövlətin idarə olunmasında və qanunların yaradılmasında iştirakı çox əhəmiyyətlidir. Bu həm də dövlət və vətəndaş münasibətlərinin, demokratiyanın inkişaf etdirilməsi kimi mühüm məqsədlərə xidmət etməklə yanaşı, insan haqqlarının mövcud vəziyyəti barədə bütün dünya ictimaəti üçün sensor rolunu oynaya bilər. İnsanların qanun yaradıcılığında iştrakı cəmiyyətin hüquqi cəhətdən maariflənməsinə də yardım etmiş olacaq. Bu işdə dövlət xüsusi maraq göstərməli və bizə dəstək olmalıdır. Təsis etdiyimiz “Beynəlmiləlçilər yaradıcılıq və təşəbbüskarlar qrupu”-nun da əsas məqsədi budur. Qrupun loqosu da artıq üzvlər tərəfindən müəyyən edilib. Hələlik ilk təşəbbüskar kimi, qrupa mən rəhbərlik edirəm. Yəqin ki, yaxın vaxtlarda qrupun İctimai təşkilat kimi dövlət qeydiyyatına alınması barədə sənədlər müvafiq dövlət orqanına təqdim ediləcək”.




Ana səhifəyə qayıt        Baxış: 1 308          Tarix: 7-03-2018, 18:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma