Bu gün Bakı Metrosunun fəaliyyətində gecikmə olub. Lent.az xəbər verir ki, saat 10:20 radələrində metroda elektrik verilişi dayanıb və bu səbəbdən qatarlar tuneldə qalıb, həmçinin eskalatorlar dayanıb. Bir neçə dəqiqədən sonra elektrik verilişi bərpa edilib və qatarların qrafikə uyğun normal hərəkəti təmin edilib.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, hadisəyə metroya elektrik enerjisi verən yarımstansiyalardan birindən gələn hava xəttindəki nasazlıq səbəb olub: "Hadisə saat 10:23-də baş verib. Lakin bu hallar üçün ehtiyat tədbirlər nəzərdə tutulub və əllə idarəetmə sistemi qoşularaq 7 dəqiqədən sonra hərəkət bərpa olunub. Eyni səbəbdən bir neçə stansiyada eskalatorlar da dayanıb. Onlar da, eyni qayda ilə, müvafiq idarəetmə sisteminə keçirilərək, bir müddətdən sonra fəaliyyəti təmin edilib. Ümumiyyətlə, metropolitenə gələn elektrik xətdə baş vermiş gərginlik düşməsi nəticəsində qatarların hərəkət təhlükəsizliyinə, sərnişin təhlükəsizliyinə təsir edə biləcək hər hansısa hadisə qeydə alınmayıb”.
Paylaş: