"Sizə xəyal edə bilməyəcəyiniz qədər yaxınıq. Gəlin. Biz hazırıq. Müharibəni siz başladacaqsınız, biz bitirəcəyik”.
Ovqat.com xəbər verir ki, İran İnqilab Mühafizəçiləri Qüds Gücü komandiri Qasım Süleymanı ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab verərkən belə deyib.
ABŞ-ı İrana qarşı hərbi hərəkata girişməməsi barədə xəbərdarlıq edən Süleymani Həmədanda çıxış edərək Trampı İran prezidenti Ruhani ilə yox, özüylə danışmağa dəvət edib:
" Trampın təhdidlərinə cavab vermək bir əsgər kimi mənim vəzifəmdir. Əgər təhdid dilindən istifadə etmək istəyirsə, mənimlə danışsın, Prezidentlə deyil".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl rəsmi Tehrana hədə-qorxu gələrək, təhdidlərinə davam edərlərsə, tarixdə nadir görülmüş çox pis nəticələrlə qarşı-qarşıya qalacağını söyləmişdi.
Paylaş: