Xəbər lenti

 60 dərəcə şərq uzunluğunda yayım həyata keçirən “İntelsat 33” peyki Dağlıq Qarabağdakı qondarma rejimin “Artsax TV” adlı telekanalını yayımlamağa başlayıb. Virtualaz.org xəbər verir ki, erməni separatçılarının telekanalı bu peykdə yanvarın 6-dan görünməyə başlayıb və HD formatında yayımlanmaqdadır.

“İntelsat  33” peyk operatoru  2017-ci ildən fəaliyyət göstərir və Avropanı, Asiyanı, Yaxın Şərqi, Afrikanı, Aralıq dənizi və Hind okeanı regionlarını əhatə edir. Bu isə o deməkdir ki, Qarabağ ermənilərinin telekanalına Türkiyə, Gürcüstan, İran, Rusiyanın bir hissəsi, Ukrayna, bir sıra Avropa və Yaxın Şərq ölkələrində baxa bilərlər.

Beynəlxalq telekommunikasiya nəhəngi “İntelsat” 50 süni peyki idarə edir və mənzil-qəragahı ABŞ-da, habelə Lüksemburqda yerləşir. “İntelsat 33” peyki Amerikanın “Boeing” korporasiya tərəfindən istehsal edilib.

Belə görünür ki, rəsmi Bakı Qarabağ ermənilərinin telekanalının ABŞ peyki ilə yayımlanmasına qarşı təcili hərəkətə keçməlidir və diplomatik kanallarla müvafiq addımlar atılmalıdır.

Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 441          Tarix: 9-01-2019, 12:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma