Xəbər lenti

 

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnozunu açıqlayıb.

Banker.az agentliyin reytinqinə istinadən bildirir ki, agentliyin analitiklərinin qiymətləndirmələrinə əsasən, 2019-cu ildən etibarən dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyi müşahidə ediləcək.

Orta olaraq dollar/manat cütlüyünün məzənnəsi 2019-cu ildə 1,79, 2020-ci ildə – 1,87 , 2021-ci ildə isə 1,97 səviyyəsində proqnozlaşdırılır.

“2017-ci ilin aprel ayından mübadilə məzənnəsi 1,97 manat/1 dollar səviyyəsində stabilləşib. Fikrimizcə, əgər neftin qiyməti az əlverişli olarsa, Azərbaycan hökuməti, 2015-ci ildə baş verdiyi kimi, böyük həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək məqsədilə mübadilə məzənnəsinin düzəlişinə gedəcək”, – agentlik qeyd edir.

2018-ci ilin yekunlarına görə, manatın dollara nisbətən məzənnəsi 1,7 manat/1 dollar təşkil edib.

Qeyd edək ki, “Standard&Poors” (S&P) Azərbaycanın reytinqinə də yenidən baxıb. “Report” xəbər verir ki, bu barədə agentliyin açıqladığı məlumatda bildirilir.

Məlumata görə, Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində müəyyən edib. Reytinq üzrə proqnoz isə sabitdir.

S&P aşağı neft qiymətləri fonunda Azərbaycan üçün orta iqtisadi göstəricilərin qeydə alınacağını proqnozlaşdırır: “2018-ci ildə zəifləməyə baxmayaraq fiskal balans olduğu kimi qalacaq. 2019-2022-ci illərdə iqtisadi artım davam edəcək və xarici balansda az da olsa profisit qeydə alınacaq”.




Ana səhifəyə qayıt        Baxış: 591          Tarix: 28-01-2019, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma